Panait İstrati - Perlmutter Ailəsi


Ümumiyyətlə o yazıçının romanı uğurlu olur ki, yazıçı romanında qələmə aldığı problemləri , hadisələri yaşasın. Daha sonra isə sözlərin köməkliyi ilə başına gələn hadisələri digər insanlarla bölüşsün. Panait İstrati əslən Rumuniyalı olub, həyatının çox hissəsini müxtəlif ölkələrdə olaraq,müxtəlif millətlərdən insanlarla dostluq edərək keçirmişdir. Görünür dostları arasında yahudilər kifayət qədər olub ya da ən yaxın dostlarından biri Yahudi olub. Çünki bu romanı o bir Yahudi dostunun köməkliyi ilə onunla birlikdə yazmışdır. Müxtələif səbəblərdən dolayı Yahudilər uzun müddət dünyanın çox ölkəsində sevilməmişdir. Bir çox çətinlilərlə qarşılaşmışlar. Əlbəttə hər şeyin bir səbəbi vardır ( Sigmound Freud ). Səbəblər ayrı mövzudur artıq....

Yazıçı bu romanda bir yahudi ailəsini nümunə alaraq, onların başına gələn müxtəlif hadisələri təsvir etmiş və parça parça olan Perlmutter ailəsinin dramını qələmə almışdır. Son zamanlarda artıq siyasi oyunların insan taleyinə necə təsir göstərdiyini göstərən ikinci romanı oxudum. əlbəttə bundan da gözəl və yazı üslubu baxımında çox təsirli ailə dramları oxumuşam. Ona görə də roman haqqında çox yüksək fikirdə deyiləm. Buna baxmayaraq romandan öyrəniləsi şeylər çoxdur : Maraqlı fikirlər, yahudi mədəniyyəti, başlarına gələn çətinliklər  və s. əsərin obrazlarına gəldikdə isə : Ailə başçısıAvrum, övladlarının dünyanın dörd bir yanına səpələnməsindən çox kədərlənən və bunun dərdi ilə yaşayan, cavanlığı həm çox rahat həm də keşməkeşli keçən birisidir. Çox vaxt reb Zalmen adlı uzaq, qatı dindar olan qohumunun təsiri altındadır. O qədər də azad iradə sahibi deyil. Həyat yoldaşı da elə onun kimidir. Bir oğlu Amerikada yahudilərə olan təzyiqlərdən bezdiyinə görə dinini dəyişib xristiyanlığı qəbul edir. Başqa oğlu İzak Misirdə, İskəndəriyyə şəhərində yaşayır amma könlünü bir qıza qaptırır. Bir müddət sonra isə qız başqasına ərə gedir. Izakın da həyatı məhv olur. Dərddən, kədərdən axırda da ölür. Başqa bir ailə üzvü olan Şimke tibb öyrənib həkim olmağı çox istəsə də, yahudilərə olan münasibətdən dolayı qaçır İskəndəriyyəyə. Orada tərcüməmi işləyir. Şimkenin insani keyfiyyətləri bir az xoşuma gəldi. Ürəyi yumuşaq və təmiz insandır. Kasıblara , müztəlif zülümlərdən canını qurtarmaq istəyib Misirə qaçıb gələnlərə də kömək edir. Ailənin yeganə qız övladı Ester isə çox özünə məxsusinsandır. Uşaqlıqdan çoxlu kitab oxuyar və radikal, robot kimi dindar insanları ələ salardı. Bəlkə istədiyimi yaşlı insanlarda taparam deyə yaşlı bir zərgərə ərə gedən Ester həm özünün həm də getdiyi evin bütün həyatını dəyişir amma pisə doğru. Perlumetter ailəsinin yaxın dostu gəmidə ambardar işləyəm RumunSotir isə bütün bunları kənardan izləyir və Avrumla yoldaşına İskəndəriyyədən xəbərlər gətirir. Əlbəttə o da bu ailənin faciəvi vəziyyətinə kədərlənir və əlindən gələn köməyi edir. Ümumilikdə roman normal səviyyəli romandır. Nə aşağı nə yuxarı. Normal. Oxumağa dəyər. Gələn roman təhlillərinə qədər dostlar 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi