Hævnen - In a Better World

Film məni o qədər heyran etdi ki, mən monitora baxdığımı belə unutdum  filmə baxarkən. Sanki kənarda durub izləyirəm. Aktyorların performansı mənim çox xoşuma gəldi. Baş rolda iki oğlan uşağı olsa da, performansları superdir. Uşaqların aktyorluq performanslarının bu dərəcəcə yüksək olduğu az film tanıyıram. Filmin başqa adını “Qisas”dır ki, bu da onun süjet xəttinə tamamilə uyğundur. 
Süjet xətti belədir: iki ailədə böyüyən iki oğlan uşağı – Elias və Kristian. Onlar valideyinlərindən kifayət qədər uzaq və yalnızdırlar. Təklikdə onların heç bir pis əməlləri və niyyətləri yoxdur. Birləşdikdə isə onlar pis işlər görürlər. Diqqətlə baxsaq valideyin – uşaq arasında olan münasibətləri və digər psixoloji məqamları rahatlıqla görmək mümkündür. Eliasın atasında qarşı edilən təhqiri Kristian unutmur və film də demək olar ki, bunun üzərindədir. Qisas adını da burdan əlavə etmək olar. “ Qəddarlıq qorxaqlıqdan yaranır. ” Bu film müasir həyatımızda tez-tez rastlaşdığımız zorakılıq, hesaplaşma, dostluq, ailələrarası münasibətlər və yaxınları itirmək haqqındadır. Ümumiyyətlə mən qisası ağır yük və insan üçün alçaldıcı bir hiss hesab edirəm ( Şəxsi fikrimdi. Qatılmaya bilərsiz. ) Qisas hissi ilə alışıb yanan Kristian son olaraq bu yükü çiyinlərindən atır. ( Eliasın ölümə yaxınlaşması hesabına ). Hamıya məsləhət görəcəyim Oskar və Qızıl Qlobus almış bir film. 
                                                      

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi