Üçlü Beyin Nəzəriyyəsi


İnsan beyni ilə əlaqədar araşdırmalar bizə hər keçən il müxtəlif yeni məlumatlar verir. Beyin, hələ də tam araşdırılmamış müəmmadır. Bu məqaləmdə Mümin Sekmanın – Hər Şey Beyinde Başlar adlı kitabında olan 3-lü beyin nəzəriyyəsini və onunla əlqədar baza məlunatlarını sizinlə bölüşəcəm.

İnsan beyni ilə əlaqədar ən məşhur qruplaşdırma, 1960 - cı ildə Amerikalı psixoloq və nevropotoloq, Dr. Paul Mcleana aiddir. Belə ki, o ortaya maraqlı fikir qoyaraq, beyni qatlardan ibarət olduğunu söyləmişdir. Bununla ortaya insan yaranandan bu yana inkişaf edərək gələn 3 qat olduğunu müəyyənləş-dirilmişdir. Bunlar aşağıdakı kimidir:

Alt Beyin → R - Kompleks → Sürüngən Beyin
Orta beyin → Limbik sistem → Duyğusal beyin
Üst beyin → Neo – Korteks → Düşünsəl beyin ( Məntiqli beyin )                                               


Bu üç beyin qatının bir-biri ilə əlaqəsinin yaxşı araşdırılması bizə bir çox insan davranışlarının öyrənilməsində yardımcı olacaqdır. Üçlü beyin nəzəriyyəsinin köməkliyi ilə biz rasional və irrasional insan davranışlarının səbəbini daha yaxşı başa düşə bilərik. İnsanın daxili və xarici dünyası eyni zamanda intuisiyaları və məntiqi ilə olan toqquşmaları məhz beyində, daha konkret desək bu üç beyin qatının bir biri ilə olan münasibətindən doğur.  Mcleanın üçlü beyin nəzəriyyəsi sadəcə beynin öyrənilməsində bizə köməkçi vasitədir. Biyolojik olaraq beynin sərhədləri hələ də tam müəyyənləşdirilməmişdir. İndi isə daha ətraflı.

R –Kompleks: Bu beyin qatı kərtənkələ, tısbağa və ilan kimi sürünənlərdə çox yüksək dərəcədə inkişaf etmişdir. İnsanda da var amma əsas fərq insanda bu beyin qatının çox kiçik amma sürünəmnlərdə isə beyinlərinin bütününü əmələ gətirməsidir. Bu beyin qatının əsas iki məqsədi var: Həyatda qal çoxal. İnsanlarda da olur ki, bu beyin qatı daha çox inkişaf edir. O insanların davranışları kobud və yöndəmsiz olur. Recep İvedik buna yaxşı nümunədir J. Dr. Mcleana görə R-Kompleksin xarakteristik xüsusiyyətləri aşağıdakı kimidir:

v Sürüngən beyin düşünməz. Avtomatik və intuisiyaya əsaslanaraq hərəkət edər.
v R-Kompleksin hərəkətləri müəyyən qaydalara dayanır və təkrarlanandır.
v Dəyişikliklərə qarşı çox qapalı və fərqlilik sevmir.

Ətrafınıza diqqətlə baxsaq və insan davranışlarında R-Kompleksin izlərini axtarsaq bunları görərik: Müxtəlif sosyal qruplarda insanların liderlik bacarıqları. Çünki R-Kompleks tez təsrilənir və liderlər liderliklərini məhz bu beyin qatına təsri göstərməklə əldə edirlər. Həyatda qalmağın nəticəsidir əslində. Canlılar aləmində də populyasiyalarda liderlik qazananlar var ki, R-Kompleksin nəticələridir.

Tarixdə R-Kompleks: Hitler, Mussolini və Stalin lider və şəxsiyyət kimi R-Kompleksləri üstün olan insalar olmuşlar. R-kompleks nə idi? Həyatda qalmaq və çoxalmaq. Əgər sizə kimsə haqsızlıq edirsə, sizi incidirsə və siz onları ciddi təhlükə hersab edirsinizsə, yuxarıda olan və onlara bənzəyən digər insanlara rahatlıqla inanacaqsınız. Max Horkheimer – Ağıl Tutulması, Eric Hoffer – Şübhəsiz inananlar və Eric Fromm – Azadlıqdan Qaçış adlı kitablarında bunu araşdırmağa çalışmışlar. Yuxarıdakı insanlar tərəfdar qazanmaq üçün, kütlənin  R-Kompleksinə müraciət etmişlər. Yəni kütlələr bu liderlərdə nə tapırdı? Əsas olan onların “ eynilik psixologiyasından ” istifadə etmələridir. Öz həyatlarında məğlub, əzilmiş, kompleksli insanlar bu cür gücü və avtoriteti təmsil edən liderlər vasitəsiylə müdirlərindən, yuxarı təbəqədən qisas alırdılar. Bu liderlərin ən böyük sirri özlərini qisasçılar olaraq qələmə vermələri olmuşdur. Mesajları isə əslində belə olmuşdur: Mən də sənin kimi birisiyəm amma sənin olmadığın bir yerdəyə, mənə güc ver, nifrət etdiyin hər kəsin dərsini verim!
Unutmayın: R-Kompleksin insan üzərində hökmranlığı heç də yaxşı nəticələrə gətirib çıxarmır.( müharibələr ) Biz düşüncəmizi dərinləşdirib, özümüzə güvəndikcə R-Kompleksi müəyyən qədər idarə edə bilərik.


Limbik Sistem: Hisslərdən məsuliyyət daşıyır. Ona görə də duyğusal beyin adı da verilir. R-Kompleksi əhatəyə alımış vəziyyətdə olub beynimizin 20% - ni əmələ gətirir. Limbik sistem yaddaş üzərində çox böyük təsir gücünə malikdir. Şiddətli sevinc və kədəri seçir və yaddaşımıza yazır. Ona görədir ki, uşaqlıqda aldığımız müxtəlif psixolojik travmalar yaddaşımızda həmişəlik qalır. Sanki dünən olmuş kimi. Qəbul imtahanında keçirdiyim peşmançılıq və digər müxətlif qarmaşıq hissləri indiyə kimi xatırlayıram. Sağ olsun Limbik sistem :) . Duğyusal beyin qadınılarda  kişilərə nisbətən daha çox inkişaf etmişdir. Ana şəfqəti, sevgisi, başqa insanların problemlərini başa düşmək, empatiya, qısqanclıq,paxıllıq və sevdiklərimizə elədiyimiz fədakarlıqlar məhz bu hissədə yaranır və inkişaf edir. Məməlilərin sürünənlərə nisbətən balalarını daha çox sevməsi və qayğı göstərməsi, onlarda limbik sistemin sürünənlərə nisbətən daha çox inkişaf etdiyinin nəticəsidir. Limbik sistem olmasaydı insan davranışları dəniz tısbağalarından fərqlənməzdi. BBCnin dəniz tısbağaları haqqında hazırladığı sənədli filmlərdə tısbağaların yumurtalarını quma qoyaraq necə çıxıb getdiyini görürük. Artıq onları balalarını aqibəti maraqlandırmır. Çünki onlarda lmbik sistem inkişaf etməmişdir. Tısbağa balalarının çoxunu ciddi təhlükələr gözləyir. Onların əsas məqsədi dənizə çatmaqdır amma bəziləri yırtıcılara yem olur.

Neo-Korteks ( Düşünən Beyin ): Zaman içində ortaya çıxan, məntiqimizin, mədəniyyətimizin, ağlımızın mərkəzidir. Korteksin hərfi mənası “ qabıq ”dır. Beynimizin 70%-ni əhatə edir. Bu bizim ağıllı olduğumuzu deyil, ağıllı ola bilmə potensiyalını göstərir. Yəni bizim hər birimizdə potensiyal olaraq yüzlərlə kitab oxumaq, bir neçə xarici dil öyrənmək, piyano və gitarada ifa etmək və hətta ən çətin riyazi məsələləri həll etmək bacarığı var. Bizi digər canlılardan üstün elən bütün xüsusiyyətlər məhz korteksdə toplanmışdır. Korteks digər canlılarda da var amma bizdəki qədərə inkişaf etməmişdir. Korteksin köməkliyi ilə biz qərar verir, plan hazırlayır, xəyal qurur, seçim edirik. Neo- Korteksin ən xoşuma gələn xüsusiyyəti isə, insan oğlunun qənaət etmə bacarığının məhz burada yerləşməsidir.

Üçlü beyin nəzəriyyəsini qısaca sizə çatdırdım. Təşəkkürlər....

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi