Aleksandr Belyayev - Ölü baş

RUS: Александр Беляев - Мёртвая голова

Biologiya professoru nadir bir kəpənəyi təqib edərkən, Cənubi Amerika cəngəlliklərində yolunu azır. Professor Moreli illər sonra sivilizasiyanın digər nümayəndələri təsadüfən tapırlar. Bütün bu illər ərzində o, "vəhşiləşsə" də, bir alim kimi təbiəti araşdırmağa və öyrənməyə olan vərdişlərini yadırğamayıb. Geriyə, "normal" insanların arasına qayıtmağa isə heç tələsmir...

Aleksandr Belyayevin bütün əsərlərini oxumaq iddiasını irəli sürəndən bəri çalışıram ki, vaxtaşırı mütaliə planımda onun yeni, oxumadığım əsərlərinə də yer verim. "Ölü baş" əsəri "Professor Douelin başı", "Amfibiya adam" və ya "Dünyanın hökmdarı" kimi şedevr hesab edilməməli olsa da, özünə görə səmimi və kiçik macəra nümunəsidir. Əsər əsnasında yazıçı vəhşi təbiətlə baş-başa qalan insanda baş verən dəyişiklikləri, flora və fauna aləmini və insan arzularını həmişə olduğu kimi mükəmməl təsvir edib. 

Belyayevi Belyayev edən onun unikal dəst-xətti və dünyanın hər tərəfi haqqında (əsasən coğrafi mənada) ideal təsvirlər etməsidir. Hərdən mənə onun bu istedadı çox fenomenal gəlir. "Ölü baş" bir qədər qeyri-müəyyən və daha kiçikmiqyaslı əsərdir. Hər bir yazıçının tarixçəsində belə əsərlərə rast gəlinir, hansı ki, heç bir ciddi əhəmiyyətə malik deyillər, amma yenə də haradasa yazıçının ən sadiq oxucuları onları oxuyub yazıçını daha da dərindən və daha da universal yöndən tanımağa davam edirlər. Bu baxımdan "Ölü baş" Aleksandr Belyayev üslubuna yad olan, elmi fantastika olmayan tropik zonada baş verən səmimi macəradır. 

Aleksandr Belyayevin digər əsərlərinə aid bloq paylaşımlarım üçün keçidi izləyin: 
https://niftiyevibrahim.blogspot.com/search/label/Aleksandr%20Belyayaev

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi