Aclıq/ Hunger/ Голод

Ötən əsrin ikinci yarısında Birləşmiş Krallıqda baş verən dəhşətli vətəndaş müharibəsinin acı həqiqətləri və gerçəkliyi ilə əks etdirmək olduqca çətin missiyadır. Azacıq səhvə yol vermək kifayət edir ki, izləyici bir daha nə rejissora, nə də aktyorlara güzəştə getsin. "Aclıq" isə Meyz həbsxanasının timsalında əzablar dünyasını və siyasi ekstremizmi möhtəşəm səbr və iti vizuallıqla canlandırıb. Sanki, belə bir ismarıcla qarşılaşırıq: Elə bilirdiniz həbsxanadakı haqsızlıqlar əbədi olaraq batin-gizlin qalacaq, lakin qalmadı! İncəsənət həmişə öz sözünü deyib, deyir və deyəcək! Baş verən bütün təhqirlər, alçaltmalar və təzyiqlər humanizm prinsiplərinin dəfələrlə tapdalandığını və "güc"ün necə də sui-istifadə hallarıyla cəmiyyəti istismar etdiyini müşahidə edirik. Ümumiyyətlə filmin özü müşahidə ilə əlaqədardır. Hələ ilk səhnələrdən etibarən Stiv Makkuinin kamerası ən xırda detallara və ilk baxışda lazımsız görünən şeylərə fokuslanır, amma əslində həmin kadrlar təsvir olunacaq iki fərqli dünya, cəbhə və ya qrup arasındakı balanssızlığı göstərməyə xidmət edir.
Təbii ki, filmin əsas məğzi aclıqdadır. Bobbi Sandsın aclıq aksiyası keçirməsi və 66 günün sonunda aclıqdan ölməsi, bütün bu günlər ərzində keçirdiyi ağrılar, əzablar və işkəncələr aktyor Maykl Fassbenderin ifasında ideal təzahür tapıb. Biz həm tarixi şəxsiyyətin böyüklüyünün fərqinə varırıq, həm də mikrokosmosdakı qravitasiyasızlığın bəxş etdiyi təəssüratları təcrübədən keçiririk. Bu film həvəskarları üçün yaxşı təcrübə və maraqlı dərsdir. Bu baxımdan "Aclıq" filmini çox bəyəndim və yazının ilk cümlələrində də qeyd etdiyim kimi, çox ciddi şeylər öyrəndim: Əgər insan nəyi istədiyini bilirsə, əgər o, həqiqi mənada əsl arzuların yiyəsidirsə, onun qarşısında heç nə dayana bilməz. Hətta ölüm də belə insanları boz kütlədən tez ayırmaq üçün onları gəlib tapar. Lakin Bobbi Sands kimi insaların tarixə vurduqları damğa o qədər sarsıdıcı və parlaqdır ki, üstündən yüz illər keçsə də, cəmiyyətlərin ideoloji qidalanması üçün enerji mənbəyi olurlar!
Comments
Post a Comment