Aleksandr Belyayev - Qiyamət günü

RUS: Александр Беляев - Светопреставление

Marambl siqareti ağzına qoyur və onu yandırır. O, yaxşı başa düşür ki, elə indicə kibriti alışdırdı və alovlanmanın xışıltılı səsini eşitdi, amma niyə görəsə alovun özünü görə bilmədi. Maramblın eşitməsi onu aldada bilməzdi. Kibriti əlində tutub-saxlamışdı ki, birdən od əlini yandırdı...

Yuxarıdakı epizod bizə Aleksandr Belyayevin növbəti maraqlı əsəri haqqında qeyri-müəyyən və bulanıq təsəvvürə malik olmağa yardım edir. Həmişə ekstravaqant elmi-fantastik mövzulara həyat verən Belyayev, bu dəfə işığın hərəkət sürətində baş verən dəyişiklik və onun cəmiyyətlərin həyatına etdiyi təsirdən bəhs edir. Həmişəki kimi Belyayev bu dəfə də müxtəlif ictimai sferaları kəsişdirir. Ondan oxuduğum əsərlərdə həmişə "miks"lərlə qarşı-qarşıya oluram. Siyasət, iqtisadiyyat, elm, din və digər sferalar bir-birinin içinə girib maraqlı süjet əmələ gətirir. "Qiyamət günü" də bu qəbildən əsər hesab edilməli olsa da, çox vaxt bu roman həm Rusiyada, həm də digər Belyeyevsevər ölkələrdə diqqətdən bir qədər kənarda qalır. 

Əsərin qiyamət günü adlandırılması insanların anlaya bilmədikləri fenomen ilə qarşılaşmaqları səbəbindəndir. Belə ki, ətraf-aləmdə hadisələr baş verir, lakin gecikmə ilə. Təsəvvür edin siz oturacaqdan qalxıb başqa bir oturacaqda oturursunuz, amma bu hadisə əslində 3-4 dəqiqə bundan öncə baş verib. Nəticədə kölgələrin gəzişdiyi bir dünya əmələ gəlir. Bütün bu anomaliyanı fonunda Belyayev bir qədər maraqlı süjet xətti yaratmaq istəsə də, deməzdim ki, bu dəfə uğurlu alınıb. Bəlkə də onun yaşadığı illərdə cəmiyyətlərdə baş verənlər təsvir olunanlar kimi sadə və səmimi idi, amma az qala 100 il sonra belə şeylər oxumaq istər-istəməz müasir oxucularda klişe hislər oyada bilər. Bunu nəzərə almaqda fayda var. Amma təbii ki, öz-özlüyündə "Qiyamət günü" tipik Aleksandr Belyayev dəst-xətii ilə bəzənmiş özünəməxsus Sovet elmi-fantastika nümunəsidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi