Boyhood - Отрочество
İlk öncə uşaq, sonra yeniyetmə, daha sonra isə gənc Meysonun 12 illik həyatını əks etdirən film bizlərə onun məktəbə getdiyi ilk gündən kollecə getdiyi ilk günə qədərki həyat yolunu göstərir. Kinematoqrafiyada xüsusi yer tutan bu film reallığa açılan pəncərə kimidir. 12 ilə insanın necə dəyişdiyini, dəyişdikcə nələr hiss etdiyini, nələrdən keçib gəldiyini görürük. Ani döngələr və ya qeyri-adi hadisələrə gözləməyə dəyməz. Çünki Meyson adi insandır. Filmdə özümüzü görməmək sadəcə mümkün deyil.
17 dekabr 2014-cü il tarixində Barak Obama "Boyhood" filmini ilin ən yaxşı filmi adlandırdı. Castin Çenq kimi məşhur film tənqidçisi də qısa müddətdən sonra eyni fikri səsləndirdi. Film dərhal bir neçə nominasiyada Oskara namizəd oldu. 1 Oskar və digər çoxsayılı müxtəlif mükafatlar (Qızıl Qlobus, BAFTA və s.) alan film metatənqidçilər arasında 100-də 100-lük reytinqə nail oldu. Riçard Linkleyter 12 il ərzində eyni aktyorları çəkiliş meydançasına topladı ki, 12 il ərzində onların necə qocaldığını göstərsin. İzləməyə başladıqdan bir müddət sonra filmin film sənayesinin imkanlarını yenidən kəşf edirsən. Bunu inqilab hesab etmək olar.
Riçard Linkleyter 2002-ci ildə disterbüter şirkəti olan İFC adlı şirkətlə müqavilə bağladı ki, 12 il ərzində bir oğlanın böyüməsi ilə əlaqədar sənədli flm çəksin və hər dəfə çəkilişlərə 200.000 dollar xərcləsin. 4 milyon dollarlıq büdcə ilə təkcə ABŞ-da 25 milyon dollar gəlir əldə edən film bir daha imkanlar haqqında düşündürür.
Film 12 ilə, 2002-ci ildə 2013-cü ilin oktyabr ayına qədər çəkilib. İstifadə olunan xüsusi film texnikası maraq doğurur: rejissor filmin heç bir yerində tarix qeyd etməyib. Meysonun üzünə diqqətlə baxmaq kifayət edir ki, gün, ay, yoxsa ilin keçdiyini başa düşəsən. Hər bir zaman aralığı filmdə olduğunu kimi real və canlı təsvir olunub. Heç bir detal zamanın ruhuna yad deyil. Başqa sözlə, sadəcə möhtəşəm.
Bir neçə kritik hadisələr izləyicini sərt döngələrə hazırlaşdırsa da, faciəvi hadisələr baş vermir. Meyson təbiət baxımından filmdə də qeyd olnuduğu kimi çox yumşaq qəlbli və mehribandır. O, bütün zərbələrə tab gətirə bilir. Daxilində aqressiya toplanmır, depressiya yaranmır. Bu məqamlar onun psixoloji portretini olduqca özünəməxsus edir. Onun sevgi, dostluq və həyatda öz yerini tapmaqla əlaqədar verdiyi suallar və yaranan dialoqlar olduqca gözəldir.
Finalla əlaqədar xüsusilə qeyd etmək lazımdır. Çünki sadəcə möhtəşəmdir. Bundan gözəl bir şey fikirləşmək olmazdı. Uzun müddət axtardığını tapmaq və boşluğa qalib gəlmək insan həyatının məğzidir. Bu olduqca çətin yolu - 12 ili, Meysonla birlikdə yaşamaq istərdinizmi?
Mənə kömək etdi:
- http://tjournal.ru/
- http://kinopoisk.ru/
- http://www.kritikanstvo.ru/
Comments
Post a Comment