Zəfəranın rəngi - Цвет шафрана
İngiltərəli jurnalist Syu Hindistana gəlir ki, babasının gündəliyinə əsasən ingilis müstəmləkəçilərinə qarşı mübarizə aparmış hind mücahidləri haqqında sənədli film çəksin. Maliyyə vəsaitinin çatışmazlığına görə o, professional aktyorlarla deyil, tələbələrlə işləməyə məcbur olur. İlk vaxtlarda yığılmış komanda layihədə iştirak etməyə heç də böyük həvəs göstərməsələr də, vaxt keçdikcə dövrün problemlərinə daha da yaxından qərq olurlar. Onlar başa düşürlər ki, yüz il ərzində vətənlərində çox az şey dəyişib. Nəticədə onlar öz hüquqları uğrunda öz mübarizələrini başladırlar.
Mən həmişə inanırdım ki, iki növ insan mövcuddur - kimlər ki ölümə susaraq gedir və kimlər ki qışqıraraq ölür. Daha sonra isə mən üçüncü növü də tapdım...
Bu film ideallar, dostluq, gözəllik, gülüş, sevgi, qəhrəmanlar, xoşbəxtlik, həyatın özü və ümumiyyətlə bütün insani xüsusiyyətlər haqqındadır. Filmdə olduqca güclü mesajlar var. Müasir dövrümüzdə belə filmlərin olmağı çox sevindiricidir. İzlərkən düşünməyi və hiss etməyi izləyiciyə yaşadan heç də çox film yoxdur.
Əslində ikinci dünya ölkələrinin əksər vətəndaşları filmdə öz cəmiyyətlərini, öz dövlətlərini görəcəklər. Sadəcə bu da deyil, diqqətlə baxsalar və görməyə müvəffəq olsalar, öz zəifliklərini və güclərini də görə bilərlər.
Bu Bollivudda yeni növ filmdir. Artıq sadəcə hind musiqisi, rəqsləri və məhəbbəti yox, əlavə olaraq insan hüquqları və keyfiyyətləri uğrunda mübarizə kimi çox əhəmiyyətli məsələlər də yer alıb. Nümayiş olunanda sosial oyanış baxımından böyük rezonans yaradan film, çox yerdə müzakirə olnumuş və səs salmışdır. Çox dəyərli filmdir və izlənməlidir.
Comments
Post a Comment