Aleksey Birger - Şüşəüfürən
Aleksey Birger |
Orijinal adı: Алексей Биргер - Стеклодув
Aleksey Birger - Məşhur rəssam Boris Birgerin oğlu olan Aleksey Birger uşaq yaşlarından atasının mərkəzdə olduğu yaradıcıllıq elitasının içində böyümüşdür. Teatr Akademiyasını bitirən Aleksey Birger, kino və teatr tarixindən mühazirələr oxumuş (bəzi Braziliya universitetləri də bu sıraya daxildir) və uşaqlıqdan tanıdığı gənc yazarlarla ünsiyyətdə olmağa üstünlük vermişdir. 1992-ci ildə çapdan çıxan "Kino sənəti" adlı əsəri dünya miqyasında tanındı. Alekseyi Avropaya məşhurlaşdıran bir məqam da var: onun gündəliklərində Henrix Böllün SSRİ-yə gəlişinin ətraflı təsviri var idi və nəticədə 1999-cu ildə Almaniyada bu motivli sənədli film çəkilir: "Henrix Böll: Qırmızı ulduz altında." Bu sənədli film Almaniyanın 1999-cu il üçün ən yaxşı sənədli film adına layiq görülür.
Aleksey Birger uşaq dedektiv və macəra janrında yazdığı əsərlərlə məşhurdur. Deyilənə görə yazılmış bəzi məşhur dedektiv əsərlərinin də müəllifi Aleksey Birgerdir. Buna baxmayaraq o, böyüklər üçün yazdığı əsərlərində heç də həmişə öz adından istifadə etmir.
"Şüşəüfürən" əsəri isə yazıçının yaradıcıllığında xüsusi yerə malikdir. Bu əsər ustad (master) və onun yaratdıqları ilə əlaqdar yeni macəraları ortaya qoyur. Əsərin nağılvari xarakteri onun daha da maraqlı edir. Şüşəüfürənin timsalında Aleksey Birgeri Rusiyanın Roulinqi də adlandırmaq olar. Əsərləri əsasən Harri Potteri seriyasını xatırladan üslubdadır.
İnsan kainatın sirlərini öyrəndikcə görəsən nələri qurban verməli olur? Kainat qisas alacaqmı? Bir çox görkəmli və istedadlı insanlar bilik və bacarıqlarına görə ağır qurbanlar verməli olublar. Bəlkə də bizim qurban olaraq gördüklərimiz əslində tamamilə başqa şeydir. Məsələn, kainatın qeyri-mükəmməlliyinin nəticəsi. Yaxud da, insanın bacarıqlarının həddi haradan başlayıb, haraya qədər davam edir?
"Şüşəüfürən" böyüklər üçün yuxarıdakı problemləri işıqlandırmaqda acizdir, amma uşaq ədəbiyyatı baxımından xeyir və şəri ayırmağa yardımçı olacaq. Məsələn, 9-13 yaşı arası üçün xüsusilə əhəmiyyətlidir, lakin böyüklər üçün bir o qədər də maraqlı deyil. Bəzi məqamlarda "Harry Potter"-i xatırladım. Hər iki əsərdə sehr - magiya iştirak etdiyinə görə oxşardılar. Ən əsası isə əsərdə Bulqakovun "Master və Marqarita" əsərinə olduqca böyük işarələr var idi. Mövzunun universallığını nəzərə alsaq, müəyyən mənada normal qarşılamaq olar, lakin "Şüşəüfürən"-də iştirak edən şeytanın və uşağın - masterin təsvirləri Bulqakovun "Master və Marqarita" əsərinə çox oxşayırdı.
"Şüşəüfürən" bizə tam original bir şey təqdim etməsə də, yenə də ideya baxımından maraqlıdır. Bünövrəsində yatan fəlsəfə bir qədər dərində olduğunundan kifayət qədər düşünməli olursan. Çoxlu suallar vermək lazım gəlir. Sual verməyin qarşısını alan əsasən əsərin uşaqcasına olan dili idi. Mən isə əsəri adına görə oxudum - şüşəüfürən.
Seçmələr:
2) - Məhvedilməz olan nədir?
- Bilmirəm.
- Zamanın özü səfeh. Sən tərəfdən yaşanan hər bir an zamanın özündə də qalır, heç kim onu səndən ala bilməz. İlham, xoşbəxtlik, özünü materialın fatehi hesab etdiyin anların hamısı. Bax bütün bu anlarla yaşa və dünyəvi həyatdan həzz al. Zaman adlanan binanın saniyə, saat və gün adlanan kərpiclərini heç kim ondan almaq iqtidarında deyil.
3) Şüşə niyə görə yaxşıdsır? Ona görə ki, praktiki olaraq iş üçün material hər yerdə var. Baxın görün nə qədər qırıq şüşə parçaları var. Marqanisovka, mis, qurğuşun kimi materiallar asantapılandır. Şüşəni özün sıfırdan bişirmək istəsən isə, necə deyərlər lazım olan xammal əl altındadır - torpaqda.
4) Təsəvvürünüzə gətirə bilərsinizmi bərk qızdırılmış yumşaq şüşə nə deməkdir? Bu elə tempraturdur ki, adamın əlini sümüyə qədər yandıra bilər. Şüşəni əridəndə, sanki, oddan alovdan da üstün ünsür yaradırsan. Alov öz başlanğıcını bu ünsürdən götürür.
Comments
Post a Comment