Mark Fişer - Milyonerin sirri - Марк Фишер - Секрет миллионера
Kitabın annotasiyası bizi inandırmağa çalışır ki,
kitabda maddi cəhətdən zəngin insanların əsas sirri bizə izah olunacaq. Kitabı oxuduqdan
sonra biz də bu sirri öyrənib tətbiq etsək, özümüzə olan inam və güvən artar və
maddi zənginliyə gedən yolda əsas alətə sahiblənmiş olarıq. Gəlin görək bu həqiqətən
də belədirmi?
Hər şeydən öncə kitabın adını təhlil edirəm –
Milyonerin sirri. Bu addan milyoner sözünü götürürəm və başa düşürəm ki tək-tənha
qalmış sirr sözü elə bax həmən o “sirr”-di. Məşhur Sirr filmi və kitabı
haqqında çoxları kifayət qədər məlumatlıdır. Bir çox insan Ronda Bernin dünyada
bestseller olmuş “The Secret” əsəri və əsasında çəkilmiş filmi izləyib. Mən də
istisna deyiləm. The Secret mənə çox şeyi izah etdi və bir çox məsələyə
yanaşmamı dəyişdi.
“Milyonerin sirri” isə tamamilə, rəqəmlə ifadə etsək
96% Sirrin fəlsəfəsinə əsaslanır. Oradakı üsul və yöntəmlər kitabda hekayə -
pritça dili ilə bizə çatdırılır. Heç bir başqa yenilik, qeyri-adilik, xüsusilik
və yaradıcıllıq yoxdur. Tamamilə təkrar və oxşar üslub. Belə kitabların sayı həddindən
artıq çoxdur. Kitab bazarında “Varlanmağın 32 üsulu” və ya “Düşün və varlan”
adı altında çap olunan kitablar çoxdur. Hamısı bir-birinin təkrarı və mənasız
söz yığınıdır. Oxuduqca adam darıxır və vaxtını boşa sərf etdiyini başa düşür,
lakin mən axtarışlarıma davam edəcəm, davam etməliyəm. Çünki ixtisasıma (BBA)
uyğun olaraq həm özümün, həm də dost-tanışımın faydalanması üçün lazımi ədəbiyyat
axtarışlarımı davam etdirəcəm. İndiyə qədər biznes dünyasına və onda yerini
tutmuş tanınmışlara aid oxuduğum kitablar arasında “Bill Gates: Biznes yolu -Des Dearlove”, “Cim Lesinski – ZMOT”, “Abramoviç prinsipi - Принцип Абрамовича.Талант делать деньги - Владислав Дорофеев, Татьяна Костылева”, “Lester C.Thurow - Kapitalizmin Gələcəyi”, "Liderliyin Həndəsəsi- Rendal Krozbi - Рэндалл Кросби - Геометрия Лидерства”, Joseph O'Connor andAndrea Lages - NLP ile Koçluk” kimi kitabların nə isə yeni bir şey təqdim
etdiyini deyə bilərəm. Oxumağa dəyər, lakin “Robert Kiyosaki – Varlı ata, kasıb
ata” və “Mark Fişer – Milyonerin Sirri” kimi kitablar yenilik tədqim etmirlər.
Comments
Post a Comment