Haruki Murakami - Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu - Харуки Мураками - Страна Чудес без Тормозов и Конец Света
Sevimli yazıçımın növbəti kitabı haqqında danışmağa
başlamazdan öncə onu qeyd edim ki, kitabın ilk səhifələrindən bu kitabın Haruki
Murakaminin əsəri olub olmaması barəsində şübhələrə qapılmışdım. Çünki 80-ci illərdə
yazılmış olan bu roman dövrünü müasirlik baxımından çox qabaqlayır və
Murakaminin indiyə qədər oxuduğum kitablarından fərqli süjetə və üsluba sahib
idi. Zaman keçdikcə başa düşdüm ki, kitab elə məhz Murakaminin əsəridir. Özünü
itirmiş, yalnız, arvadı tərəfindən tərk edilmiş, hardasa 40 yaşında olan baş qəhrəman,
mistika və yalnızlıq. Bax bu elementlər Murakami dünyasının ayrılmaz
parçalarıdırlar (digər əsərlərində isə sadaladıqlarıma əlavə olaraq yapon mətbəxi
və amerikan cazz musiqisinin təmsilçilərinin əsərlərini də əlavə etməliyik).
İnsannın xarakteri 25 yaşına kimi formalaşıb başa
çatır. Ondan sonra bir şey etmək olmur və geriyə qalan sadəcə ətraf dünyanın sənin
xarakterinə uyğun gəlib gəlmədiyini müşahidə etmək olur. - H.Murakami – Əyləcsiz
möcüzələr ölkəsi və dünyanın sonu
Əyləcsiz möcüzələr ölkəsi - inanılmaz bir yerdir. Şafflinqin incəlikləri
haqqında ətraflı öyrənmək istərdinizmi? Krakerlər nə edirlər? Kimdirlər? Fabrik
və Sistem arasında olan düşmənçilik nədəndir? Kitabı dayanmadan - əyləcə
basmadan oxumaq lazımdır və hər oxunmayan fəsil gizli qalmış sirlərdir. Bu
dünyada hər dəqiqə nə isə baş verir, nə isə sınır, dağılır, qurulur və mövcud
olur. Dünyanın sonu – burada isə demək olar ki, heç nə baş vermir.
Qışda güclü şaxtalar olur, zəif kölgələr və özlərindən sonra eyni nəsil qoyub
gedən möcüzəvi təkbuynuzlar ölürlər. Hər şey çox sadədi. Sadəcə köhnə
kitbxanada qədim yuxuları oxumaq lazımdır. Bu dünya hündür divarlarla əhatələnib.
Bir dəfə buraya düşmək kifayət edir ki, həmişəlik burada qalasan. Bu dünya
idealdır, utopiyadır. Bu aləmdə qəm-kədər, faciə, göz yaşları, həqqi sevgi,
xoşbəxtlik yoxdur. Sakitlikdir. Bu dünyaya bilet: özünü və kölkəni itirməkdir. Çətindir
ki, bu iki dünyadan hansı biri o birisindən əmələ gəlir və bir-birini
tamamlayır. Bu iki dünya bir-birindən tamamilə fərqlənsə də, bir-birindən
ayrılıqda mövcud ola bilmir. Məgər paradokslar ən vacib anlayışları yaratmırmı?
Düşüncələrə dalan insan ölümsüzdür. Tamamilə olmasa
da, əbədiyyətə yaxındır. O, əbədiyaşardır. - H.Murakami – Əyləcsiz möcüzələr
ölkəsi və dünyanın sonu
Həm hə, həm də yox – yox, çünki romana uzun-uzadı elmi-nəzəri izahatlar
əlavə olunaraq çox ağırçəkili və sıxıcı olub. Bəzən gözlərim sadəcə hərflərin əmələ
gətirdiyi sözləri və cümlələri oxuyurdu və sevimli yazıçımın digər əsərləri
kimi romanlarının hər cümləsini beynimə həzm elətdirə bilmirdim. Yenə də yox,
çünki bəzi anlarda romanın baş qəhrəmanı mənə çox banal və hamı kimi olan
birisi təəssüratını bağışlayırdı. Hə - çünki kitab bizə orijinal ideya təqdim
edir. Həmişə bildiyimiz, bilib, lakin aydınlaşdırmağı bacarmadığımız mövzuları
bizə rəngarəng dillə təqdim edir, bizim bir hissəmizə çevirir. Hə - çünki roman
maceradır. Macera isə bizə həmişə lazımdır.
Onda belə çıxır ki sevgizis heç nə mövcud ola bilməz.
Sevgizis dünya – pəncərənin o tayında əsən külək kimidir. Nə toxuna bilirsən, nə
də içinə çəkə bilirsən. Hətta pulla belə kiminlə isə yatsan da, bütün bunlar
sünidir. Həqiqi olaraq heç kim səni qucaqlamır. H.Murakami – Əyləcsiz möcüzələr
ölkəsi və dünyanın sonu
Bernar
Verberin 5 dünyası –
Verber 5 növ dünyanın olduğunu deyir:
1.
Real,
yaşadığımız və dərk etdiyimiz dünya;
2.
Yuxuda
olarkən daxil olduğumuz yuxuların dünyası;
3.
Bədii
ədəbiyyatın dünyası;
4.
Filmlərin
dünyası;
5.
Komyuterlərin
virtual dünyası. – bütün bu beş dünya bu romanda var və bir-birilərinə paralel formadadırlar.
Bizim hər birimizdə hər hansası sahədə yaxşı olmaq
istedadı var. Problem sadəcə onu axtarıb tapmaqdır. İllərlə insanlar ora-bura
qaçışaraq nə isə axtarıb tapmaq istəyirlər, amma əslindəsə özlərini daha da dərinə
basdırırlar. Ona görə də hamı yaxşı ola bilmir. Çoxları özlərini hələ həyatda
ola-ola basdırırlar və eləcə də qalırlar. H.Murakami – Əyləcsiz möcüzələr ölkəsi
və dünyanın sonu
Nəticə - nəticə nə oldu? “Mən” və onun sərhədləri, obyekt və
subyekt, şüur və şüuraltı haqqında az fikirləşməmişəm. “Nəticə nə oldu?” sualının
cavabını vermək çətindir. Çünki Murakami nəticə əldə etmək üçün yazmır və mən də
onu nəticələrin içində itib-batmağım üçün oxumuram. Bu
romandan isə nəticə çıxarmaq olar: biz daxili dünyamızı özümüz qururuq. Biz onu
qoruyub saxlaya da bilərik, itirə də bilərik. Bizlərdən hər birimiz öz daxili
dünyasında yaşayır. Hər kəsdə bu dünya var və onun daxilindədir.
Özü qurub yaratdığı və elə orda da yaşayan insan
necə də dahidir. H.Murakami – Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu
Özüm də indi Murakaminin "1Q84" kitabını oxuyuram. Şərhinizdən sonra isə "möcüzələr ölkəsini" də oxumaq istədim. Elmi izahatlar isə mənim üçün mənfi bir amil deyil. Macəraları da sevirəm.
ReplyDeleteSizə uğurlar :)
DeleteThis comment has been removed by the author.
Delete