Təmənnalı dostluq - Friends with Benefits - Секс по дружбе

Dilan və Ceminin dostluğunu olduqları şəhərlərin dostluğu kimi də qəbul etmək olar. Filmdə bu açıq-aşkar bildirilməsə də, açıq-aşkar görmək olur ki, Los Ancelas və Nyu York müqayisə olunur. Los Ancelas Dilanın, Nyu York da Ceminin şəxsiyyətlərinə və onun bir parçası olan xarakterlərinə tam uyğun gəlir.


Baş qəhrəmanlar cinsi həyatsız yaşamağın çətin olacağını və sadəcə formal xarakterli cinsi həyat yaşamağa qərar verirlər. Fiziki bədən, emosiyasız. Sadəcə fizki və psixoloji ehtiyaclar. Onlar hətta virtual İncilə də and içirlər.
Sevgi, dostluq və seks bir-birilərindən ayrıdırlarmı? Sevgi və dostluq, sevgi və seks, dostluq və seks kimi kombinasiyalar haqqında kitab yazmaq oar.
Ata ilə oğul - Sözün həqiqi mənasında filmin pik nöqtəsi mənim üçün məhz bu səhnə oldu. Dilanın atasını səmimi qəlbdən qəbul edib onunla şalvarsız yemək yeməsi (atası alhzeymer xəstəsi olduğuna görə tez-tez belə gözlənilməz hərəkətlər edirdi). Bunu o, bəlkə də əvvəllər etməzdi, amma Ceminin məsləhəti ilə o, dəyişməyi bacardı. Valideynlərimiz və sevdiyimiz insanlar necə olurlarsa olsunlar, onlara kənardan necə baxırlarsa baxsınlar, əsas məsələ bizim onlara olan münasibətimiz və sevgimizdir. Digər insanlar deyil, məhz bizim yaxınlarımız bizim üçün önəmlidirlər və həmişə yanımızdadırlar.

Nəticə - Janr etibariylə "Təmənnalı dostluq"-da böyük yeniliklər yoxdur. Gözəl əhval-ruhiyyə, xoş emosiyalar, romantika, maraqlı dialoqlar, gözəl Los Ancelas və yumora görə filmi izləməyə dəyər. Sadəcə bu da deyil. Yuxarıda qeyd etdiyim mövzular ətrafında düşünmək kimi filmin ikinci dalğada gətirdiyi təəssüratları da qeyd etmək olar. Ona görə də bütün bu komplektlər izləyici darıxmağa qoymaz və vaxtını maraqlı keçirməyə səbəb olar.
Comments
Post a Comment