Daha soyuq qış - Steel Cold Winter - Зима холодной стали

Bu yazını yazmaqda əsas məqsədim, tez-tez başıma gələn "sağollaşa bilməmək" sindromu ilə əlaqədardır. Bilmirəm sizdə olur yoxsa yox, amma məndə olur. Hansısa filmi və ya kitabın yaratdığı təəssüratlar o qədər güclü olur ki, mən onun haqqında kiməsə danışmasam, beynimi tərk etmir. 


Yun Su Seulda çox uğurlu bir şagird idi. Bir gün axmaq zarafata görə dostu intihar edir. Bunda Yun Sunu günahlandırmağa can atsalar da, atası tərəfindən müdaxilə olunur və Yun Sunun günahsızlığı sübut edilir. Atası başa düşür ki, oğlu daha Seulda rahatlıq tapa bilməyəcək. Ona görə də kənd yerinə köçmək qərarını verir. Yun Su burada He Von adlı qəribə qızı müşahidə edir. Bu qızı hamı özündən kənara qovsa da, Yun Su üçün bu qız əsrarəngiz gəlir və onunla ünsiyyət qurduqca tədricən keçmişdə olan xoşagəlməz hadisələri unutmağa başlayır. 

Filmdə təsvir olunan hadisələr və problemləri heç vaxt real həyatda görmək istəməzdim. He Von çox əziyyət çəkib, amma əvəzində uydurma şayiələr və sözlər qazanıb. O, çoxlu iztirab çəkə-çəkə xəstə atasının qayğısına qalır və qəlbində ancaq onu sevir. O, çox sirli bir qızdır. Sirli olmağı da yun Sunun çox cəlb edir. Lakin sonradan aydın olur ki, əslində onun sirli olmağı yox, onun ifrat dərəcədə haqsızlığa məruz qalmağı onları yaxınlaşdırıb. 

Yun Su isə ikili təəssürat yaradır. O, əvvəlcə şayiələr inanmadığını desə də, sonra sözünün üstündə durmur və yazıq qızı əcaib şeylərdə günahlandırır. Daha sonra səhvə yol verdiyini anlayır və ondan üzr istəyir. Yalnız sonda Yun Su səmimi ola bilir və heç nəyi gizlətmədən qəti və cəsarətli qərarını verir. Birlikdə yolda olarkən isə, He Von tez-tez soruşur "biz hara gedirik?". Yun Su isə cavab verə bilmir. Çünki o, həqiqi "ev"-i axtarır. Məgər Yun Su bir çox haqsızlığın, günahsızlığın, səhvin səsini eşitməyi bacarır. Həm səsini, həm də səssizliyini. Bu zaman onun üçün məsafə fərq etmir. Səsini eşitdiyi yer əslində onun taleyini dəyişən, onun taleyinə bütün varlığı ilə diffuziya edən bir yer olur. 

Həyatda haqsızlıq həddindən artıq çoxdu, lakin bəxt gətirsə kimsə bir nəfər səni xilas edəcək. Haqsızlıqdan bir digər haqsızlıq, şərdən də bir başqa şər əmələ gəlir. Bax beləcə böyüyə-böyüyə və neçə-neçə günahsız insanı ağuşuna alaraq, həyat işıqlarını söndürürlər. Toxunduqları yeri iyrənc günə qoyurlar. 

Filmdə də belə oldu. İzləyicini qan tökülməsi qorxuda bilər, amma diqqətlə düşünəndə görmək olur ki, bəzən insanın bu qədər haqsızlıq qarşısında qan tökməkdən başqa yolu qalmır. Ya başqalarının, ya da özünün. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi