Xatırla məni - Remember me



Ətrafı ilə ünsiyyətdə çətinlikləri olan tələbə Tayler. O, qardaşının ölümündən sonra bütün dünyaya acıqlıdı – atasına, anasına və atalığına. O, özünü yalnız hiss edir, amma xoşbəxtlikdən onun dostu Eydan var. Onlar bir gün küçə davasının iştirakçısı olurlar və hər şey həmin gündən sonra dəyişir. 

Robert Pattinson – Bu aktyoru “Alatoranlıq” filmindən tanıyıram və onu da deyim ki, heç bəyənmirdim. Bu aktyor həmişə mənə məhdud bacarıqlı, emosiyasız, ərköyün və s. xüsusiyyətli aktyor kimi təəssürat bağışlayırdı. Bəlkə də bu təəssüratları “Alatornlıq” filmi yaradıb, amma sadaladığım xüsusiyyətlərin bəzi konturlarını elə bu filmdə də görürdüm. Hər halda Robert bu filmin sayəsində şəxsən mənim gözümdə 1 pillə qalxdı. 
Mövzular – Filmdə işıqlandırılan mövzular yeni deyillər. Ailəsinə vaxt ayırmayan məşğul biznesmen ata, depressiv və asosial uşaqlar, radikal-mühafizəkar polis-ata, sevgidə qeyri-müəyyən gənc qız. 

İçimdəki ağrı – həyat çox qetri-müəyyən bir şeydi. Uzun müddət içimizdə gəzdirdiyimiz ağrılar ya güclü silkələnmə, ya da güclü daxildən isinmə ilə dinir. Taylerin “isinmə” ilə əlaqədar şansı yaranmışdı. O, uzun müddət daxilində kök atmış və içində azıb qalmış ağrısını ən azından sakitləşdirə bilərdi. Lakin sonluq...

Sonluq – filmin sonluğunu heç başa düşmədim. Səmimi deyirəm anlamadım ki, niyə məhz belə. Bu nədi belə yeni janrdı? Kinematoqrafiyada yeni – mutant-tragik sonluqlar adlı cərəyanın əsası qoyulub? Sonluq çox qeyri-harmonik və bütün təəssüratları silib aparandır. Uyğunsuzdur. 

Comments

  1. Sonluğu barədə: məncə filmin müəllifi onu demək istəyir di ki, hər kəs öz sevdiyi adamı bu cür gözlənilməz hadisədə itirə bilər. Və ən vacibi odur ki, bundan sonra onları heç vaxt unutmamalıyıq. Məhz buna bu filmin belə adı var.

    ReplyDelete
    Replies
    1. doğrudur. düzgün izah verirsiz, ancaq şəxsən mən sonluqdan narazı qaldım.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi