Kuki - Куки - Cookie
Qulluqçusu
Çinə deportasiya olunmuş cazibədar stüardessa Adelinin öhdəsində onun
(qulluqçunun) övladı qalır. Çox qəribə bir vəziyyətə düşsə də, ailəsi və bəzi
dostları sayəsində Kukinin anasının axtarışına çıxırlar. Nəticədə isə ortaya
çıxan detalları ilə obrazların daxili dünyalarını və onların mürəkkəb münasibətlərini
izləyiciyə təqdim edən mehriban, sevimli, maraqlı və maceravi bir film yaranır.
Təsadüfi hadisələr zənciri
uşağı anasından ayrı salaraq yad bir yerdə yalnız qoyur. Gördüyümüz kimi mövzu yeni olmasa da, hər bir mövzu
öz-özlüyündə individual və maraqlıdır. “Kuki”-də isə çox az filmə xas olan
istilik, səmimiyyət məni cəlb etdi. Filmdə rahatlıq hiss edəndə ondan maksimum
faydalanıram.
Lea Fazerdə (rejissorda)
hər şey alınıb. Nə qədər çox filmi izləyirsənsə bir o qədər filmin dünyasına və
olmazsa olmaz münasibətlər fonunda təsvir olunan psixoloji xırdalıqlara qərq ola bilirsən. Aktrisalar Eli Taloni
(Adel) və Virciniya Efira (Delfin) rolların öhdəsindən yüksək səviyyədə gəliblər
və qeyd edim ki, çox gözəldirlər. Həm bacıların (Adel və Delfin bacıdırlar), həm
də balaca çinli oğlanın-Kukinin filmdəki münasibətləri insanda isti hisslər
oyadır və başa düşürsən ki, həm Kuki həmyaşıdları kimi kaprizli, ərköyün və dəcəl
deyil, həm də bacılar bir-birilərini dərin sevgi ilə sevirlər.
Hər bir epizodun öz
sehri olsa da, sonluq təsiredici və “həppi”-dir. İzləməyə dəyər.
Comments
Post a Comment