Bruklinin ən qəzəbli sakini - The Angriest Man in Brooklyn - Этим утром в Нью-Йорке

Henri Oltman biləndə ki, onun cəmisi 90 dəqiqə vaxtı qalıb, qərara gəlir ki, keçmişdə etdiyi bütün səhvləri düzəltsin, lakin o, bixəbərdir ki, 90 dəqiqənin özü də böyük bir səhvdir. Fil Robinsonun "Bruklinin ən qəzəbli sakini" adlı ekran əsəri, haqqında ölüm diaqnozu qoyulmuş əsəbi, dözülməz və eqoist bir insanın 90 dəqiqəlik həyat hekayəsidir. 

Robin Uilyamsın bundan öncəki rollarından fərqli olaraq onu əsəbi və qəddar insan rolunda görmək bir az qəribə oldu. O, həmişə hər şeydən narazıdır və narazı qalanda, kim onu qıcıqlandırırsa onun düz üzünə hər şeyi deyir. Təqdirəlayiqdir ki, baş obraz filmin sonuna qədər elə belə də qaldı. Bu filmi özünəməxsus edir. Film bizə həyatda olan insanların müxtəlif olduğuna və bizim elə onları məhz müxtəlifliklərinə görə sevməli olduğumuzu göstərməyə çalışır.

Henri əslində hər birimiz üçün doğmadır. O, bizim əsəbi, gərgin və narazı hissəmizdir. Onun hisslərini başa düşmək lazımdır. Axı o, travma alıb. Eyni zamanda sadəcə o, da deyil filmin bütün digər obrazları da Henri kimi 90 dəqiqə ərzində səhvlərini düzəltməyə başlayırlar. 

Henrinin "Deyilər sevgi tərtəmiz və mütidir. Yox belə deyil. O balaca və eqoistdir. Ay allah. Hansı allah? Hansı dünya? Sənə deyirlər bir az da böyü, az qalıb və sənin anidən kəllənə kərpic düşür ki hər şey boş şeydi. Deyilər ki, döz bu kədər də keçər, lakin qəzəb mənə qalan yeganə varlıqdır. O məni qalxan kimi qoruyur." cümlələri çox təsir etdi. Qəzəb və qəzəbli olmaq haqqında düşündürdü. Bəzən sadəcə qəzəbin qaldığını görürük, lakin uzun müddət onunla dostluq etsək o, bizi bu dünyadan - sevdiklərimizdən alıb aparır. Necə ki Henrini apardı.  

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi