Evə aparan yol - Way back home
Zaman-məkan kəsiyində təsadüflər olmasa da, saflıq
və ürəyi təmizliyinə görə aldanaraq narkotik ticarətində günahlandırılan və
buna görə də bir zamanlar şirin xəyalları olan yerdə (məkanda) uzun müddət ailəsindən
ayrı qalaraq (zaman) həbsxanaya düşən evdar bir qadının ürək ağrıdan təsiredici
həyat dramı. Onun dünyası bir andaca, hər şeyin yaxşı olduğu vaxtda dəyişdi –
qaraldı. Ailəsi ilə avto-təmir emalatxanasıda çalışan, çətin olsa belə, xoşbəxt
olan ata və ana çox çətin vəziyyətə düşürlər. Gözlənilməz hadisələrin nəticəsində
maddi yoxsulluq əllərindən hər şeyi alır və çox çətin sınaqlar başlayır.
Maddi imkansızlığa görə
qeyri-müəyyən təklifə razılıq verən sadəlövh ana obrazı, ailəsinin xeyri naminə
olduqca böyük iztirablardan keçir. Deyərdim ki o, bütün bunlardan heç bir
günahı olmaya-olmaya keçir, lakin insanın təmizliyinə və vicdanına bir baxın
ki, məhkəməsində özünü günahkar hesab edir. Halbuki əclaf tanışı tərəfindən
aldadılıb və pis vəziyyətdə tərk edilib.
Film çox uğurlu komanda
işinin nəticəsidir ki, izlədikcə izləyicinin hissləri (əgər varsa), sözün həqiqi
mənasında, özlərini biruzə verirlər. Yuxuda olarkən siz müxtəlif qorxulu yuxu və
kabuslar görə bilərsiz, amma inanın ki oyaq vaxtı onlardan da qorxulu şeylər
baş verə bilər. Ailəsi və uşağı olan insanlar üçün çox-çox uzaqlara
aparılaraq onları itirmək və onları görmək
üçün sadəcə ümid etmək ən böyük əzabdır-cəhənnəmdir.
Belə mövzularda çəkilən film və kitabların əhəmiyyəti
ondan ibarətdir ki, biz mövzu – problem çərçivəsində virtual təsəvvürə sahiblənirik.
Bu da öz növbəsində bizdə təcrübə artımına və həyatımızda olan məsələlərə
differensial münasibətə səbəb olur.
Comments
Post a Comment