Utanmadan - Без стыда - Bez Wstydu

          Süjet: Uzun ayrılıqdan sonra, Tadek bacısını ziyarətə gəlir. Yay tətilini onunla keçirmək istəyir. Bacısı isə əslində istəmir. Səbəb isə keçmişi xatırlamaqdır. Tadek bir çox şeyi aydınlaşdıra bilir. Bacısı isə çox əziyyətlər çəkir. Hər ikisi də bir-birindən azad olmaldırlar. Azad olmalıdırlar ki, rahat yaşaya bilsinlər.

         Təhlil: Polyak kino rejissoru Filip Marczewskinin olduqca maraqlı debüt filmini izlədim. Kateqoriyalar arasında 18+ olaraq qiymətləndirilsə də, ümumilikdə 18+ ilə əlaqədar olan səhnələrin sayı olduqca azdır və qeyri-ciddidir. Filmin epizodları olduqca təbii, lokal, bəzən dinamik bəzənsə passivdir. Obrazları olduqca maraqlı hesab edirəm. Filmin çəkildiyi əsas məkan Tadekin bacısının mənzilidir. Belə ki, onun bacısı həm maddi həm də mənəvi yoxsulluqda yaşayır. Bu da ona çox böyük təzyiqlər göstərir. Film sadəcə qapalı məkanda deyil, eyni zamanda şəhərkənarı yerlərə xas olduqca təbii yerlərdə və bir sıra neqativ sosial tendensiyaların – skinhedlərin qaraçılara qarşı faşistcəsinə davranışları kimi neqativ sosial problemlər - baş verdiyi yerlərdə də gerçəkləşir. Tadeklə bacısının keçmişi olduqca qaranlıqdır. Gün keçdikcə onlar arasında çatlar daha da artıq. Rejissor, bacı ilə qardaş arasında (daha doğrusu, anabir bacı-qardaş) olan münasibətlərin başqa müstəvidə - Tadekin Ankaya duyduğu cinsi istəklər -  verdiyi üçün olduqca tənqid atəşinə tutulmuşdur. Hələ nəzərə alaq ki, bu avropa cəmiyyətində belə olub. Bizim cəmiyyətdə də çox güman ki, belə olar, amma nəzərə almalıyıq ki, hamının psixologiyası eyni deyil. Mən demirəm sağlam yoxsa xəstə, eyni deyil. Şəxsən mən mövzunu radikal tənqid obyekti kimi düşünmürəm. Bu mövzuda deyəcəyim çox söz olmasa da, əlbəttə ki, normal deyil və sağlam cəmiyyətin formalaşdırılması üçün belə motivlər maneçilik törədir. Fərdlərin cinsi davranışlarda orientasiyalarını istənilən formatda itirmələri, istənilən halda mənfi nəticələr törədir.
         Filmdə diqqət çəkən bir digər məqam, faşizmdir. Belə ki, bölgədə yaşayan qaraçılara qarşı skinhedlər tez-tez terror edirlər. Ümumiyyətlə mən ifrat milliyəçilik və onun nəticəsi olan faşizmə qarşıyam. Əgər mənimlə eyni dam altında yaşayan azlıq mənə qarşı təhlükə törətmədən yaşayırsa, qoy yaşasın. İfrat milliyətçilik ifrat eqoizmdən başqa bir şey deyil və ey əziz oxucu, belə insanlara inanmayın. Onlar yalançı əqidə maketi ilə insanları aldadıb, özləri əxlaqsızlıqlara, haqsızlıqlara və vicdansızlıqılara yol verirlər. Sadaladıqlarıma aid filmdə epziodlar var. Olduqca maraqlı bir dram. Mən razı qaldım.

         Filmi izlə

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi