Zər Dünyası - Dice World
“Zər Adam” və “Zər Adam Gündəliyi” adlı yazılarımı paylaşdıqdan sonra
sonuncu izlədiyim və adını çəkdiyim romanla bilavasitə əlaqləli olan sənədli
film haqqında da yazı paylaşmağı lazım bildim. Bu sənədli filmdə yazıçının özü
Corc Krokfort (George Crockfort (pen name: Luke Rhinehart)) özü də iştirak edərək
bir çox insanlara yaxınlaşır onlarla ünsiyyətdə olur, özü və yaradıcıllığı
haqqında çoxlu məlumatlar verir. Olduqca maraqlı insan olan Corc özündə dəlisov
bir dünya daşıyır. Yazıçının bəyəndiyim xüsusiyyəti ondan ibarətdir ki, o,
müasir cəmiyyətlərin problemlərini işıqlandıra bilir. Özümüzə sual verək: indi
insanlar daha çox haralarda yaşayırlar? Cavab şəhərlərdədir? Həm hə həm də yox.
Cavab sadəcə və yalnızca “xaotik şəhərlər” olmamalıdır. Cavab “Zər Adam” və ona
bənzər romanlar olmalıdır. Həmid Herisçi demiş, cavab roman, hekayə, şeir,
bayatı, atalar sözü, dastan, mif, əfsanə olmalıdır. Yalnız o zaman biz məsələni
dərindən anlaya bilərik. Qısa cavablara aldanmamalıyıq. İllərdir ki, qısa
cavablar bizim beynimizi yuyur. ”Zər Adam” romanıyla biz haradayıq və nə edirik
sualına cavab aldığımızı hesab etmək olar.
Mən bu yazını özümə görə yazıram. Özümə görə yazıram ki, “Zər Adam”
konsepsiyası ilə tanışlığımın ilkin mərhələsini yekunlaşdırım. Zər Adam
konsepsiyası çox maraqlı konsepsiyadır. Tanış olduğuma həqiqətən də şad
olmuşam. Ən azından mənə uzun müddət üzərində düşünəcəyim fikirlər, ideyalar,
istəklər, aydınlanmış məqamlar verib. Fərqliliyi sevirəm. Fərqli fərqliliyi isə
daha çox sevirəm.
Həm “Zər Adam” romanında yazılanları həm də yazıçının fəlsəfəsini
anlamaq üçün bu sənədli film olduqca yararlı oldu. Yəqin ki, əziz oxucunun özü
də kifayət qədər kitab oxuyan birisidir. O zaman mənim təqdir edərsiz ki,
yazıçının özünün də iştirakı ilə çəkilmiş olan bu film, bizi yazıçı və onun
dünyasına daha da yaxınlaşdırır. Bu sənədli film vasitəsiylə "Zər Adam" konsepsiyasından təsirlənmiş bir xeyli insanın olduğunu gördüm. Eyni zamanda bir xeyli insan bu konsepsiyadan qorxur. Nəticə olaraq öz adımdan deyim ki, romanı dəfələrlə oxumağa, sənədli filmi
də dəfələrlə izləməyə dəyərli hesab edirəm.
Comments
Post a Comment