Maxatma Qandi
Qandi - Bu, feodalına silahsız
qalib gəlmiş qulun hekayəsidir.
Hər bir xarizmatik və tarixi şəxsiyyət, gec ya da tez, məşğul olduğu
işdən aslı olmayaraq, filmlərə, sənədli filmlərərə mövzu olur. Adını dünyaya eşitdirmiş
bütün insanalrı ortaq xüsusiyyəti, böyük enerjiyə sahib olmalarıdır. Maxatma
Qandi filminin əsas mövzusu, dünyanın ən böyük humanistlərindən birisinin həyat
və fəaliyyətini canlandırmaqdır. Maxatma Qandini mübarizəyə çağıran, hər yerdə
mövcud olan sosial bərabərsizlik olmuşdur. Ona görə də Qandi fəaliyyətə
başlamaq qərarını verir və öz keçid biletini CAR-da yandırır.
Şahzadə Viktoriyanın mirvarisindən, müstəqil Hindistana qədər uzun və
tozlu yola başlayır. Qandi davam etdikcə, mübarizə də güclənirdi. Cənubi
Afrikadan Hindistana qayıdandan sonra,o, mübarizəsinə davam etdi. 1 həftədən 6
ilə qədər dalğalanan periyodlarla, müxtəlif vaxtlarda həbsə atıldı. Buna baxmayaraq,
o, hər dəfə həbsxanadan çıxanda insanları daha çox qeyri-zorakı üsullarlarla
mübarizəyə səslədi. Nə qədər ona və tərəfdaşlarına qarşı zorakılıq edilsə də,
o, yenə də humanistliyini itirmədi. Qandi deyirdi ki, digər keyfiyyətlərin
inkişafı üçün qorxmazlıq mütləq şərtdir. Şəxsən bu film məni buna inandırmağı
bacardı. Cəsarətə sahib olmadan bəyəm həqiqəti axtarıb, qayğıkeşcəsinə sevgini
qorumaq olarmı? Qandinin resepti mübarizə üçün universaldır. Humanizm etalonu
olan Qandinin ideyaları, özünü humanist hesab edən hər kəs üçün ən vacib mənəvi
dəstək olmalıdır. Getdikcə buna daha çox ehtiyac yaranacaq.
Filmdə olan Qandinin
dialoqları,öz-özlüyündə ayrıca mövzudur və 8 oskar almağına ən əsas səbəblərdəndir.
Qandi öz yolunu elə öz fikri kimi tamamladı: Əvvəllcə onlar sənin fərqinə
varmırlar, sonra sənə gülürlər, sonra səninlə mübarizə aparırlar və sonda da sən
qalib gəlirsən.
Maraqlıdır ki, film müddətində KİV-in
rolunun necə də böyük olduğunu gördüm. Britaniya imperiyası qəzetlərdən çox
qorxurdu. Qorxurdu ona görə ki, həm öz ölkəsində həm də Avropanın digər ölkələrində
humanizm, insan haqları və mədəniyyətdən dəm vurub, Hindisan və digər müstəmləkələrdə
zülmlər törədir və insanları əzirdilər. Bu gün dünyanın inkişaf ermiş hesab
olunana əksər ölkələri öz inkişaflarını müstəmləkələrə borcludurlar. Bu günkü
maddi zənginliklərini tamamilə yağmaya əsasən əldə etmişlər. Qaldı ki, mənəvi zənginliklərinə,
elə onda da mütləq lider sayılmazlar.
Qandi böyük politoloq və filosof olub. Onun bədəni ölüb getsə də ruhu
gəmilərə işarə verən mayak kimi, humanizm, sivil dəyərlər və insan haqları tərəfdarlarına
elə günü bu gün də yol göstərir. Qeyri-zorakı mübarizə konsepsiyası yaxşıdır,
amma mən bunun hər yerdə tətbiq olunub olunmamağı barəsində düşünürəm.
Baxmayın, hər nə qədər Britaniya imperiyası müstəmləkəçi olsa da yenə də azdan
çoxda bəzi dəyərləri hesaba qatırdı. Qaldı ki, özünə müsəlman və türk deyən cəmiyyətlərdə,
qeyri-zoraki mübarizə üsulu mənə ağlabatan gəlmir.
Xüsusi qeyd etmək lazımdır ki, Qandi,
sadə kütlənin həyat tərzini necə də ürək ağrısı ilə öyrənirdi. Bu gün özünə
siyasi lider deyib, insanlara yaxşı gələcək vəd edən saxtakar və riyakar, sadə
insanların necə yaşadığından və onların həyat tərzindən bixəbər «siyasət»çilər az deyil. Filmi izləyərkən çox tez-tez gördüm ki, Qandi
öz-özünü mühakimə edir. Bəlkə biz hazır
deyilik hələ? – deyə suallar verir. Bu da onun necə də yüksək inkişaf səviyyəsinə
çatdığının göstəricisidir.
Qandi əslində gerçəkləşmiş nəticələrlə
razı deyildi. Çünki İngiltərə elə-belə əllərini qollarını sallayaraq regiondan
getməyəcəkdi. Pakistan kimi qondarma ölkə, İngiltərə imperiyasının nəticəsidir.
Qandi isə əsla belə bir nəticə istəmirdi. Müsəlmanlarla İndusların bir-birini
qırmaqlarının sonunu görmək, daha da şiddətlənməsini görmək istəmirdi. Bundan nə
nəticə çıxır? Hər bir ideologiya, hər bir təşəbbüsün verəcəyi qurbanlar var?
Mütləqdir ki, biz bu qurbanları verək? Hətta Qandi kimi hümanizm dağarcığı belə,
qurban verdi.
Comments
Post a Comment