Robin Şarma - Ferrarisini Satmış Rahib
Kitabın rusca adı: Робин Шарма - Монах, который продал свой "Феррари"
Kitabın türkcə adı:
Robin Sharma - Ferrarisini Satan Bilge
İqtisadiyyat və biznes terminləri ilə danışsam, kitab, real dəyəri nominal
dəyərindən qat-qat yüksək olan bir mənbədir və sizin ona invistisiya olaraq
qoyacağınız vaxtınız, enerjiniz və yeri gəlsə sağlamlğınız sizə artıqlaması ilə
geri qayıdacaq. İndiysə keçək qeyri-iqtisadi terminlərlə kitabın təhlilinə:
Dünyanın bir çox ölkələrində (18 ölkədə 15 dildə) bestseller olmuş və ən əsası
isə bu ada həqiqətən də layiq olmuş, «Ferrarisini Satan Monax», 50 yaşlarında və
çox uğurlu karyeraya sahib, ruhi böhran yaşamış Culian Mentalın həyat hekayəsini
bizə anladır. Qədim mədəniyyəti mənimsəməyi onu xilas edir: o bizi öyrədən
müdrik və gerçək biliklər əldə edir:
- 1) müsbət düşünmək
- 2) istədiklərimiz çərçivəsində yaşamaq
- 3) şüurumuzun gücünü başa düşüb, qorxusuzlaşmaq
- 4) bizim ən dəyərli sərvətimiz olan vaxtımızı qorumaq
- 5) digər insanlarla olan münasibətlərimizin qayğısına qalamaq
- 6) həqiqətən yaşamaq.
![]() |
Robin Şarma |
Qısaca Robin Şarma şəxsiyyəti haqqında: Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və
liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni
Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa
da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq
o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə
sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə
çevrilmişdir. Onun nitqləri «USA Today», «National Post» və «The Globe and
mail» kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının «Sən öləndə
kim ağlayacaq?», «Super həyat! 30 günlük həqiqi həyata səyahət», «Titulsuz
Lider» və «Ferrarisini Satmış Rahib» kimi dünyaca məşhur kitabları var. Ən
sevdiyi kitab: Paulo Keolyo – Kimyəgardir. Triatlon və Taekvondo kimi idman
növləri ilə məşğul olur. Dağ turizmini çox sevir. «Robin Şarma Uşaq Fondu» kasıb
ailələrin uşaqlarına təhsil almaları üçün yardımlar edir.

Bilirsiz, kapitalizm mühitində hər şey rəqabətə dayalıdır (bunu çətin
ki, məndən yaxşı bilən olsun. Bu mövzuya diplom işi yazıram.). Digər fərdlərlə
rəqabət o vaxt effektli olur ki, insan öz-özüylə olan rəqabətdə qalib gələ
bilsin. Bunun üçün biz özümüzü daxildən, mənəvi müstəvidə inkişaf etdirməliyik.
Bunun üçün kitablar, bu işlə məşğul olan insanlar çoxdur. Vaxt keçdikcə onlara
olan inam azalır. Bunun əksinə olaraq isə vaxt keçdikcə insanın motivasiyaya
olan ehtiyacı artır. Gündəlik, tipik həyat tərzi isə əsla bizə motivasiya
vermir. Odur ki, belə kitabların olmağına müsbət baxıram. Bir çox
qayda-qanun öyrədən kitablardan maraqlı
və yadda qalıcıdır. Hətta yeri gəlsə onu da deyim ki, bu kitabı indiyə qədər
oxuduğum şəxsi inkişaf kitablarıyla eyni yerə heç vaxt qoymaram.
Kitabın adı niyə belədir deyə sual versəz, mən də istəməzdim ki,
yazım spoyler olsun. Odur ki, kitabın adının hər bir sözünü simvol olaraq başa
düşün. Bir az düşünün. Kitabın adı özünü doğruldur. Kitabın formatı, yəni
üslubu hər şeyə dəyər.
Tənqidlərim: Buna baxmayaraq
kitaba bəzi tənqidlərim də var. Bu tənqidlər
əsasən kitabın texniki yönlərinə aiddir. 1) Kitabın baş obrazının adı Culiandır,
Robin deyil. Robin, yəni yazıçının öz adı olsaydı daha yaxşı olardı. Çünki
Culian elə yazıçının özüdür. Hər halda yazıçı belə yazmağı məqbul görüb. Robin
olsaydı, düşünürəm ki, daha səmimi mühit yaranardı. 2) Çox şey yazmayacam ki,
süjeti açıb ağartmayım, odur ki, kitabda bir məqamda düşünürəm ki, təbiət
qanunları pozulub və mən belə şeyləri sevmirəm. 3) Üçüncü pretenziyam yazıçıya
yox, tərcüməçiyədir. Belə ki, bəzi sözlər ruscaya yanlış tərcümə edilmişdir.
Daha doğrusu, yanlış da deyil, oxşar, amma yenə də tərcüməçi özünü çox əziyyətə
verməyib. Ya da təcrübə cəhətdən kasaddır. Nadir hallarda rus dilinə olan tərcümələrdə
narahatçılığım olur.
Mənim belə kitablar cəhətdən təcrübəm
çoxdur. Kitabı çox maraqlı və dəyərli hesab edirəm. Buna baxmayaraq bəzi məqamlarda,
adamın üzünə saxta gülümsəmə göstərən və müsbət düşüncəninin nə olduğunu bilmədən
onun haqqında danışan, menecerlər və kiçik və orta biznes sahibləri üçün
keçirilən tipik Amerikan seminarında olduğumu hiss etdim. Məni bir az təəssüfləndirən
bir digər məqamsa ondan ibarətdir ki, kitabın əvvəlində oxucunun emosional
şkalası maksimuma çıxsa da, sonra anidən və intensiv olaraq aşağı düşür. Yenə də
onu deyim ki, kitab bir çox şəxsi inkişaf kitabarından irəlidir. Başqa sözlə,
yuxudan tez oyanmaq, müsbət düşünmək, idman etmək, sağlam qidalanmaq və kayzen
fəlsəfəsini xüsusi hətta çox xüsusi formada öyrənmək və mənimsəmək hələ heç kimə
bir pislik etməyib. Kitabın üstün cəhətidir ki, bütün bu sadaladıqlarımı sadə və
praktik dillə izah edir. Oxuyub və iradə göstərib uğur qazana bilməyənlərə, el
arasında tənbəl deyirlər.

P.S. Kitabdan sitatlar gətirmədim. Çünki sitat gətirmək istəsəm gərək bütün kitabı yazam :)
Comments
Post a Comment