Ronda Bern - The Secret
İnsan şüurunun təsəvvür edə
bildiyi hər şeyi, eyni zamanda o əldə də edə bilər. («Все, что человеческое
сознание способно вообразить, оно способно и получить»).
Yuxarıdakı fikri kitabın əsas məğzi
hesab etmək olar. İnsan istədiyi hər şeyi əldə edə bilər. Kitabın 215 səhifəsi
bu fikri həyatın hər aspektindən izah edir: xoşbəxtlik, sağlamlıq, bəxt, zənginlik.
Ronda Bern, «sirr»in izinə, yaşadığı bir çox dərdlərdən sonra düşmüşdür. O,
bütün dünyada sirri bilən insanları axtardı və tapdı. Kitabda uğurunun sirrini
bölüşməyə hazır olan insanların müsahibələri yer alıb.
Şəxsi düşüncələrim və təcrübələrim: İlk
öncə kitabı və filmi izlədikdən sonra insan optimizm pristupu yaşayır. Bizə çox
çətin və ağır təqdim olunan bu dünyanın iş prinsipləri əslində çox daha sadə və
əziyyətsiz imiş. Bu fikrə mən hələ qayıdacam. İkinci növbədə isə, kitabda (eyni
zamanda filmdə) arzulamağın qısa və konkret alqoritmi təsvir olunub. Bu çox şeyin
açarıdır, həllidir. Xüsusiylə Ələddinin cini ilə əlaqədar olan epzidou həddindən
artıq bəyəndim. Kainat bizim istəklərimizi Ələddinin cini kimi reaksiya verir: «Sənin
istəyin mənim üçün qanundur!» Üçüncü çox önəmli məqam isə, məktublarla olan
epizodlardır və orada kitabda nəzəri olaraq təqdim olunan məlumatların əyani
sübutu ilə rastlaşırıq.
Ümumiyyətlə bir çox qaynaqlarda
bir-birinə bənzər bir çox məlumatlar oxumuşam ki, zaman keçdikcə insanın özünə
ayırdığı vaxt azalır. Pul qazanmaq üçün insanlar vaxtlarının çoxunu iş yerlərinə
sərf edirlər və hətta ikinci, üçüncü işlərlə məşğul olub ən böyük səhvə - işi
evə daşımağa da razı olurlar. Əlbəttə pul qazanmaq lazımdır, amma əgər insanın
övladı varsa, ona vaxt ayırıb, onu sağlam formada cəmiyyətə də qazandırmalıdır.
Eyni zamanda özünün də psixoloji gigiyenasının qayğısına qalmalıdır. Qaldı ki,
yuxarıda qeyd etdiyim dünyanın iş prinsiplərinə, burdan belə bir nəticə çıxa
bilər ki, əslində hər şey mütləq asanlıqla olmalıdır. Halbuki, müdriklər
insanın ağrı və zəhmətlə inkişaf etdiyini deyirlər. Əziyyət çəkmək və onu təsəvvür
gücümüzlə dəstəkləmək inanılmaz möhtəşəm nəticələr səbəb ola bilər. Yoxsa qaldı
ki, sırf ancaq gecə-gündüz təsəvvür edib nəticə gözləmək, bu ancaq tənbəl adamların
işidir. Tənbəllik təsəvvür gücünün sayəsində aradan qalxa bilər. Sözün düzü, tənbəl
insanların təsəvvür gücünün inkişaf etdiyinə çox da inanmıram.
Ronda Bern |
Şəxsən mən The Secretin gücünə səmimi qəlbdən
inanıram. Çünki geriyə dönüb baxanda bir çox şeylərə nail olduğumu görürəm.
Eyni zamanda gəlcəkdə nail olacağım şeyləri də bu gündən görürəm. Fikirlərimiz maddiləşir
və biz fikirlərimzlə ehtiyatlı olmalı və səhvə yol verməməliyik. Bunun üçün
bizim kifayət qədər bələdçimiz var.
Müxtəlif cəbhələrdən olan münasibətlər:
Bir çoxları sirrə inanmırlar. Qərbin növbəti transsörfinqi ya da marketoloqların
uydurması kimi yanaşırlar. Burada haşiyə açıb demək istərdim ki, bəli, rəqabətcil
qərb cəmiyyətinin müasir biznes fəlsəfəsi kifayət qədər qeyri-insani və çox çox
eqoistdir. Karl Marksın yadlaşma konsepsiyası özünü bu gün bütün çılpaqlığı ilə
göstərir, amma The Secreti biznes fəlsəfəsi kimi deyil, sırf həyat fəlsəfəsi
kimi anladıqda, onu həm sağlamlığa, həm ailə münasibətlərinə, həm iş həyatına həm
də şəxsi inkişafa yönəltmək olar. Necə deyərlər, nə qədər insan varsa, o qədər
də şərh var. Mənim eləcə də sənin şəxsi optimizmin çoxlarına qıcıqlandırıcı gələ
bilər, amma unutma ki, əsas sənin özünsən. Bu elə bir şeydir ki, bunu sınamaqla
insan heç nə itirmir, əksinə qazanır. Bəzi qatı və radikal dindarlar bunun
tamamilə əhəmiyyətsiz olduğunu və hər şeyin uca Allahın əlində olduğunu deyirlər.
Mən də Allaha inanıram, amma eyni zamanda ona da inanıram ki, o, mənim xoşbəxt
olmağımı istəyir və bunun üçün mənə çoxlu imkanlar bəxş edib. Mən bu
imkanlardan istifadə etməsəm, israfçılığa yol vermiş olmarammı?
Biz istədiyimiz bəzi şeylərə ona
görə sahib deyilik ki, biz onlara təsəvvürlərimizdə sahib deyilik. Seçimini et əziz
dost.
Comments
Post a Comment