Luke Rhineart - Zər Adam - The Dice Man

Luke Rhinehart

 Təqdimat: Gündelik hayatın monotonluğundan sıkılmış psikiyatrist Luke Rhinehart Manhattan'da eşi ve iki çocuğuyla yaşamaktadır. Hem Batı hem de Doğu felsefelerinin hayatın anlamı alternatiflerinden tatminsizlik yaşayarak basit zar atışlarıyla kendi dinini oluşturarak hayatını sonsuza kadar değiştirir. Rhinehart ve hastaları kısa zaman içinde ebedi kurtuluşlarının tek yolunun her şeyi zarların kararına bırakmak olduğuna inanmaya başlarlar. Luke, seks, uyuşturucu ve terapi hakkındaki zar atışlarıyla yeni dinini muhafazakar davranış ve ahlak çöküntüsünün esprili bir birleşimine dönüştürür. O bu düşünceyle kendi yaşantısını ve dünyayı değiştirmeyi amaçlamaktadır.. Amerikan psikoanalitik kültürünün fütursuz bir parodisi ve rahat okunan Zar Adam kitabı eğlenceli, mizahi, şok edici ve altüst edici....             
         
      Fikirlərim: Roman bizə universal mövulardan çoxlu məlumatlar versə də, bu problemlər Amerika cəmiyyətində daha çoxdur və bunun səbəbləri bəllidir. Lakin əvvəllcə bir şeyi xüsusiylə qeyd edim. Romanı bitirdikdən sonra bəzi şeylərə əmin oldum: 1) Roman hamı üçün deyil. Əgər sizin tabularınız varsa, həyatınızdan məmnunsanızsa, əgər siz psixiatriya və psixologiyadan az şey bilirsizsə, kitab sizlik deyil. Yəni ən azından belə düşünək ki, siz romandakı məsələlərə lazım olandan tamamilə fərqli yanaşacaqsınız. 2) Müasir zamanımızda romanların əksəriyyətinin bir cümlə ilə ifadə edilə biləcək ideyaları var. Bu roman isə belə deyil. Bir çox mövzunun kəsişməsi və öncədənbilinməzlik romanı özünəməxsus edir. 3) Roman müəyyən mənada təhlükəlidir. Hətta mən özüm belə, zərlərə, zər adamlara və zər dininə xüsusi simpatiya bəsləməyə başladım. Psixologiyası zəif olan, monoton həyat şəraiti və şəxsiyyətindən sıxılan insanlar müəyyən mənada romanda özünü görə bilərlər. Bilmək olmaz roman kimə necə təsir edəcək. Partlamağa hazır olan bombaları işə sala biləcəyinə görə, roman müəyyən təhlükələr yarada bilər. Hərgah elə bu məqamda haşiyə açıb təhlükə anlayışını izah etmək istərdim: Belə ki, biz insanlarn onların öyrəşdiyimiz davranış qəliblərindən imtina etdikləri və əvvəllər etmədiklərini etdikləri zaman fərqin varırıq. Odur ki, davranış dəyişiklikləri bir çoxları tərəfindən təhlükə olaraq anlaşıla bilər. Mənim təhlükə anlayışım isə fərqlidir.

Psixologiya və psixiatriya: Dünyanın bir çox yerində insanlar min bir zəhmətlə gəlib çatdıqları və dözdükləri mövqelərdə ilişib qalaraq ancaq başqalarının, ailələrinin istəkləri çərçivəsində yaşayıb yaradırlar. Özlərinə vaxt ayırmaq isə heç ağıllarına belə gəlmir. Onlara deyilir ki, amanın günüdü qayğı, məsuliyyət, robotluq və qəlib anlayışını unudasız. Psixoloqlar bu problemləri daha yaxşı bilirlər, amma psixoloqların da lap zayı çıxıb. Razılaşarsınız ki, insanlar psixoloqların yanına məsləhət almaq üçün gedəndə, psixoloqlar özlərini çox əziyyətə vermirlər. Bildikləri bəzi şeyləri mühazirə kimi danışıb, lazımsız suallar verirlər. Doktor Rhinehart isə əsla belə bir psixoloq olmadı. Əslində əvvəlcə elə idi, amma sonra zəri kəşf etdi. Bir çoxları bəlkə də zər adlanan əşyanın həyatlarına daxil olmasına pis baxa bilərlər. Mən isə onların özləri üçün vaxt ayırmamaqlarına, həyatlarını başqa cür yaşaya biləcəklərini bilməmələrinə pis baxıram. İş burasındadı ki, zər cansız əşyadır və onun gücü yenə də bilavasitə onun istifadəçisindən aslıdır.
Psixologiya cəhətdən çox maraqlı bir nüansı qeyd edim: Zər adamlar seçimlərini yazıb, zərin nömrələrinə uyğun olaraq nömrələyib onun əsasında qərar verməyə çalışırlar. Məsələ burasındadır ki, bu kifayət etmir. Sən seçimlərini yaza bilərsən, sən zəri ata bilərsən, amma sən, zərin dediyini edəcək dərəcədə kifayət qədər güclüsənmi? Zərin atılmasından sonra insan beynində baş verən kimyəvi proseslər dəyişir. Riskli seçimlər yazarkən bəlkə də çox narahat olmursan, amma o seçim reallaşandan sonra tərəddütsüz ona əməl etmək hər kişinin işi deyil.
Yekun nəticə: Romanı oxuyarkən və oxuduqdan sonra çox düşünürdüm. Həyata bir dəfə gəlirik fikriylə razılaşmasam da (reinkarnasiyaya inanıram), bu dəfə onu göz önünə alıb, həyatımızda hansısa əşyaya bu qədər bağlanmağın nə dərəcədə düzgün olub olmadığı ilə əlaqədar düşünürdüm. Eyni zamanda niyə görə içimdə reallaşmağı oturub gözləyən istəkləri (əsasən müsbət və zərərsiz istəkləri) nə vaxta qədər gözlətməliyəm? Bir tərəfdən zər adlanan əşyaya olna münasibətlərimin buraya yazılmasına banal bir şey kimi baxıram. Odur ki, əsas olan romanın bizə çatdırmaq istədiyi ideyalardır: Naftalin iyi gələn "həyat teatrdır, biz də onun aktyorlarıq" kimi fikirləri çox eşitmişik. Halbuki, bizim özümüzün heç vaxt “real mən”i olmur. Bizim içimzdə çoxlu aktyorlar var. Onlar vaxtaşırı səhnəyə çıxırlar. Bu səhnənin adı cəmiyyətdir. Biz hansısa davranışı edəndə, içimizdə kiçik bir hissə onlarla başqa davranışları, başqa reaksiyaları, başqa cavabları vermək istəyir. Luke Rihenhartı təqdir etmək lazımdır ki, o, insan təbiətinin bu kimi xüsusiyyətinə belə unikal roman yaza bilib. İnsanın həyatına zər və ya ona bənzər nə isə başqa əşyanı daxil etməsi mübahisəli mövzu olsa da, romanın ideyası, onun insan şəxsiyyəti ilə əlaqədar ortaya çıxardığı, ifşa etdiyi nüanslar olduqda gözəl və çətin işdir.
Son söz olaraq onu deyim ki, ən ümumi mənada cəmiyyət və cəmiyyəti istiqamətləndirənlər müxtəlif vasitələrə bizləri elə formaya salmaq istəyirlər ki, biz öncədən rahat proqnoz verilə bilən və standart olaq. Luke Rhinehart isə özünəməxsus formada buna üsyan etdi. Həyatınızı yaşamaq üçün digər üsullar da var, problemlərə cavab vermək üçün digər cavablar da var. Sadəcə tək yol yoxdur. Oyunun qaydalarını diktə edənlərə aldanmamalıyıq. Bəlkə də dediklərimi çox da aydın anlamırsız. Vəziyyəti daha dərindən hətta məndən də daha dolğun anlamaq üçün gözlərinizi açmalısınız.

Kitabdan seçmələr:
  •    Bu dünyada fiziki olaraq qadın olmaq, sosial və psixoloji olaraq qadın olmaqdan çətindir.
  •        Başqasını satın almaq və özünü satmaq kapitalizmin elə əsl ruhudur.
  •   Mənim həm psixiatr həm də zər adam olaraq ehtirasım, insanların şəxsiyyətini dəyişdirməkdir. Özümünkün, başqalarının, hər kəsin. İnsana azadlıq, rahatlıq və şənlik vermək.
  •   Ben kendimden ve dünyadan nefret ediyordum, çünkü kendimin ve hayatın sınırlarını kabul etme onlarla yüzleşme konusunda başarısız olmuştum. Bu reddedişe edebiyatta romantizm, psikolojide ise nevroz deniyordu.
  •   Dr. Rhinehart bir zamanlar kendini,vızıldayarak etrafındaki çiçeklere konup kalkan,mutlu bir şekilde uçup duran iri ve renkli bir arı olarak hayal etti.Artık Dr. Rhinehart olduğuna inanmıyordu.Ama bir gün,birden uyandı ve kendini eski Luke Rhinehart olarak yatakta,Lil adındaki güzel kadının yanında yatarken buldu.Fakat o rüyasında bir arı rolü oynayan Dr. Rhinehart mıydı,yoksa Dr. Rhinehart olduğunu düşünen bir arımıydı,bunu bilemiyordu.Ne olduğunu bilmiyordu ama başında bir vızıltı vardı.Birkaç dakika düşündükten sonra omuzlarını silkti ve kendi kendine,"Ben belki de rüyasında Dr. Rhinehart olduğunu gören bir arı olduğunu hayal eden,Hubert Humphrey'yim."dedi. Bir süre daha düşündü,ve sonra yatağın diğer tarafına kayarak karısına sarıldı. Gözlerini kapamadan önce kendi kendine,"Her şeye rağmen,kendimi Dr. Rhinehart olarak gördüğüm şu rüyada bir arının yanında değil de,bir kadının yanında yattığım için mutluyum"diye mırıldandı.
      Kitabı yüklə

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi