Tokyo Story



          Təqdimat: Yaşlı cütlük, həkim olmuş oğullarını və gözəllik salonu açmış qızlarını görmək üçün Tokyoya gedirlər. Uşaqlar valideynləri ilə maraqlanmaq üçün çox məşğuldurlar. Ona görə də onları kurorta göndərirlər. Səs-küylü kurort gecəsindən sonra cütlük Tokyoya qayıdır. Evə qayıtmazdan bir gün əvvəl ana dul qalmış gəlini və ata isə içkiyə düşgün köhnə dostları ilə vaxt keçirirlər. Üzücü bir vəziyyət yaranır ki, yaşlı cütlüyə doğma övladları deyil, dul qalmış gəlinləri şəfqət, diqqət və qayğı göstərir. Bir müddət sonra uşaqların valideynlərini yad etməyə səbəbləri olacaq, amma o vaxtadək, bütün emosional bağlar qırılacaq.


         Təəssüratlarım: Film vasitəsiylə biz, 50-ci illərin sürətlə kapitalistləşən Yaponiyasını görürük. Olduqca maraqlıdır. Bir tərəfdə tələsməyən, daxili sülhə, paklığa və sevgiyə sahib iki yapon insanı, digər tərəfdə isə həmişə tələsən və eqoist qərb insanına çevrilən yapon insanları. ­­­­Köhnə və yeni nəsl. Əslində isə filmin mövzusu beynəlmiləldir. Film üç nəslin bir-biri ilə qarşılıqlı münasibətindən bəhs edir: valdieynlər, uşaqlar və nəvələr. Dil, din və irq fərqi olmadan hər yerdə rastalanan vəziyyətdir. Buna baxmayaraq məhz yapon kaloriti filmi özünəməxsus edir. Bir çoxlarını filmin xronometrajı qorxuda bilər. Təkcə də bu da deyil. Film çox sakit, başqa sözlə qeyri-dinamikdir. Bir çox epizodlarda filmin obrazları sadəcə oturub söhbət edir, özləri ilə təklikdə qalırlar. Dinamik, xırdalıqlar cəhətdən zəngin və hərəkətli filmlərə öyrəşənlər üçün, «Tokyo Story» darıxdırcı gələ bilər. Şəxsən mən belə hesab edirəm ki, çox sözə ehtiyac yoxdur. Film meditasiya kimidir. 


Bənzər yazılardan: 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi