İbrahim Niftiyev - Müayinə
“Mən hardayam?” sualını versəm də artıq cavabını anlamışdım. Deyəsən
bura xəstəxanadır. Daha doğrusu xəstəxanın dəhlizi. İçərisi çox soyuqdur və mən
də çılpaq olduğuma görə hərəkətdə olan hava kütləsini çox gözəl hiss edirəm. Dəhliz
çox uzundur. Tipik xəstəxana dəhlizindən fərqlənəməsə də normal olmayaraq
işıqları tez-tez yanıb-sönür, bəzən uzun müddət hər şey qaydasında olur, bəzənsə
uzun müddət zülmət qaranlığa bürünürdü. Bundan əlavə divarlar çox qəribə
formada tez-tez rəng dəyişirdilər. Yoxsa rənglər divar dəyişirdilər? Hər otağın yanında boş xərəkləri saymasaq, dəhliz
bomboşdur. Bir otaqdan çıxıb o birisinə gedən həkimlər ya da növbə gözləyən
pasiyentlər gözə dəymir. Mən əminən ki, səsli nitqdən istifadə etmirəm, amma səsim
dəhlizdə əks-səda tapır. Çox üşüyürəm. Dəhlizdə mənə çox tanış gələn, amma
adını və sözlərini xatırlamadığım musiqi səslənir:
I was
running you my gold, I was hoping you my call
You will
never show me how much you care what was gone
I will
follow you pretend you owe me too
Living
the days nothing with you, I thought you trust enough
And all
the stupid things, the things I always do
Bir az qorxsam da özümdə cəsarət tapıb irəli addımlayıram. Bütün
otaqlar bağlıdır. Bura daha çox tərk edilmiş xətəxanaya bənzəyir. Ümumiyyətlə həmişə
xəstəxanalardan qorxmuşam. Həkimlərdən qorxmasam da cərrahlardan qorxmuşam.
Əslində həkimlərdən də ona görə ehtiyat etmişəm ki, onlar cərrahların yaxın kolleqalarıdır
və hər an məni onların yanına göndərə bilərlər. Yadımdadır ki, tez-tez kabuslarımda cərrah görərdim.
Qorxmağıma baxmayaraq növbələrdə gözləyərkən bir çox pasiyenti müsbət düşünməyə
və hər şeyin yaxşı olacağına inandırmağa çalışmışam. Məğlub olmuş insanlarla
danışanda bu çox çətin olurdu. Bəzənsə məndə alınırdı və həmsöhbətimi az da
olsa müsbət düşünməyə vadar edə bilirdim.
Elə bil heç addımlamıram. Nə qədər çalışsam da döşəməni görmürdüm. Havada
süzərək yarıya qədər açıq qapının qarşısında dayanıram. Qapının nə sağında nə də
solunda, otaqda hansı həkimin olduğu ilə əlaqədar məlumat tablosu yox idi. Əvəzində
isə bəzi otaqlardan gülüş səslərini izləyən inilti səsləri eşidirəm. Bu vahiməli
və qələbəsini nümayiş etdirən gülüş otaqlardan növbə ilə eşidilirdi. Qəribə
yerdir, çox qəribə yerdir – deyə düşünürəm. Otağa isə havada süzərək deyil,
ağır-ağır addımlarla daxil oldum. Musiqi səsi azalaraq yox oldu. Əvvəlcə heç
kimi görməsəm də, sanki heç yerdən hissələri birləşərək peyda olan bir həkim ayağa qalxaraq məni salamlayır:
- - Xoş gəlmisən.
- - Xoş gördük.
Bu adamı tanımırdım. Əynindəki
xalata fikir verdim. Bu öyrəşdiyimiz mükəmməlliyyəti simvolizə edən ağ rəngli həkim
xalatı deyildi. Qarşımda dayanan uzunboy və əzələləli həkimin xalatı qara rəngdə
idi. Buna baxmayaraq xalatın üzərinə ağ sapla tikillmiş: “Spiritual-Cərrah
xxxxxx” yazısını gördüm. Birinci dəfəydi belə bir həkim növü görürdüm. Bilmirdim
nə edim. Adətən həkim yanına sağlamlıqla əlaqədar hansısa şikayət olduqda gəlirlər.
Mən isə özümü yaxşı hiss edirdim. Əslində isə sağlamlıqdan şikayət ifadəsinə həmişə
gülmüşəm. Şikayəti sahibinə etmək lazımdır. Həkimlər isə 100% bizim
sağlamlığımızın sahibi deyillər.
-
Özünü
necə hiss edirsən?
-
Ümumiyyətlə
hiss edirəm ki, heç nə hiss etmirəm.
-
Bu
normaldır. – dedi və gülümsündü Spiritual-Cərrah
Mən isə verdiyim bu cavab haqqında düşündüm: Necə ola bilər ki, heç nə
hiss eləməməyi hiss eliyəsən? Yəni heç nə hiss edə bilməmək hiss olunabilən bir
şeydir ki, mən bu cavabı verdim? Əgər heç nə hiss etmirəmsə, deməli heç nə hiss
etmirəm. Daha bu o demək deyil ki, heç nə hiss etmirəm və heç nə hiss etməməyi
hiss edirəm. Nə isə. Yenə də tutmam tutdu. Belə axmaq düşüncə burulğanına düşmək
tələbəlik illərimin ifrat qiraətinin nəticəsidir.
-
Normaldır?
Mən hardayam?
-
Xəxtəxanada
– deyə alçaq tonla cavab aldım.
-
Xəstəxanada?
-
Bəli.
– deyə cavab verdi cərrah və yerinə oturaraq qarşısındakı uzun dəftəri açdı.Dəftərin
üstündə də heç bir məlumat yox idi. Oxumağa başlayanda üz mimikaları dəyişirdi.
Özümü imtahandakı kimi hiss edirdim. İnstinktiv olaraq cavab gözləyirdim.
-
Ümumiyyətlə
mən üşüyürəm – deyə səssizliyi pozdum. Deyəsən şikayətlərimi dilə gətirməyə
başlayırdım.
-
Normaldır.
– deyə üzümə baxmadan cavab verdi.
Deməli o artıq mənim haqqımda nə isə bilirdi. Qəribə orasıdır ki, mən
onu tanımırdım. Fikrimi yayındırmağa çalışdım. Mən isə otağı müşahidə edirdim.
Otaq praktiki olaraq bomboş idi. Sadəcə cərrah və otağın küncündə cərraha tərəf
baxan sklet var idi. Sadəcə tək istəyim bayaq dəhlizdə eşitdiyim musiqi səsini
yenidən eşitmək idi. Yoxsa bura çox darıxdırıcıdır.
-
Belə -
belə işlər – dedi cərrah.
Dəftəri bağlamışdı ki, telefon zəng çaldı. Otaqda telefonun olduğunu sezməmişdim.
Bu üzərində nə düyməsi nə də dəstəyi ilə gövdəsi arasında məftil olan ağappaq bir
telefon idi. Cərrah dəstəyi qaldırdı və əlavə bir söz demədən də yerə qoydu.
-
Əziz
dost, sən hələ buralıq deyilsən. Cərrahiyyə əməliyyatlıq vəziyyətin yoxdur. Səni
terapevtin yanına göndərəcəm. O səni lazımi müayinələrdən keçirdib lazımi dərmanları
təyin edəcək.
-
Aydındı
- deyə hissizcə cavab verdim və otağı sağollaşmadan tərk etdim.
Otağı tərk edəndə nədənsə otağın küncündə olan skeletin mənə
baxdığını hiss edirdim. Skelet sanki mənə yaxınlaşmışdı və gülümsünürdü. Geri boylanmadım.
Cərrah məni maraqlandırmırdı. O, səlahiyyətsiz birisi idi. VİP persona skelet
idi. Bəlkə də həqiqətən skelet mənə baxırdı.
Dəhliz artıq dəyişmişdi. Divarların yaşıl rəngin müxtəlif tonlarından
ibarət olmuşdu. Anamı otağın qaşısındakı oturacaqda görəndə çox təəccübləndim.
Sən burda neynirsən deyə soruşacaqdım ki, fikrimdən döndüm. Əynində çox qalın
palto var idi. Bu onu çox kök göstərsə də sevinirdim ki, əynində qalın palto
var. Çünki dəhliz çox soyuq idi. Deyəsən məndən cavab gözləyirdi. Mən isə cavab
vermədim. Sanki nəyisə xatırladım. Vicdan əzabına bənzər dəhşətli hiss idi. Gözüm
otaqdan çox da kənarda olmayan təkərli xərəyə sataşdı. Bəlkə də bu otaqdan bu xərəkdə
çıxa bilərdim deyə düşündüm. Dəhlizdə işıqlar artıq yanıb-sönmürdü. Anamın dayandığı
yerə yenidən baxanda o, artıq orada deyildi. Sevindim ki, musiqi bərpa olundu.
Yəqin artıq xəstəxanalarda insanlar darıxmasın deyə onlara dəhlizlərdə musiqi
dinlədirdilər. Bu çox yaxşıdır. Xəstəlikdən əziyyət çəkənlərə də müsbət təsir
göstərər, məncə:
I follow
you pretend you need me too
Living
the days nothing with you, I thought you trust me enough
And all
the stupid things, the things I always do
This time
with you I was new
Bircə qalırdı bu terapevti tapmaq. Terapevti tapdıqdan sonra həmişəki
kimi normal həyata qayıda bilərdim. Nə qədər çalışsam da pilləkənləri tapa bilmədim.
Ümumiyyətlə bu xəstəxanada mərtəbə var idi? Var idisə də mən neçənci mərtəbədə
idim? Otaqların heç birində, otağın içində hansı həkimin olduğu ilə əlaqədar məlumat
yox idi. Terapevti tapmaqda çətinlik çəkirdim. Buna baxmayaraq axtarmağa davam
etdim. Axtarmalıydım və tapmalıydım. Elə bu dəm musiqi dəyişdi. Bu mahnını da
tanıyırdım:
And when I dream, it’s not of you, oh
And when I call, I wonder, I do
I run, yeah I run, but you follow, oh, oh
And when I dream, its not of you
İbrahim Niftiyev,
Bakı, 11.02.13
Digər Hekayələrim:
Comments
Post a Comment