Sakuralı Yuxu

          Həmişəki kimi əynimdə qara palto və əlimdə də portfelimdi. Ətrafı çox bulanıq görsəm də eynəyə ehtiyacımın olmadığını düşünürəm. Qasrşımda açıq-mavi rəngdə darvaza var. Darvazadan içəri girdim. Adi həyətdir. Sadəcə həyətin düz ortasında çox da hündür olmayan, çəhrayı, qollu-budaqlı, qəribə bir ağac var. Ağacın arxasındakı qapını görürəm və ora doğru istiqamət alıram. Mən bilmirəm niyə bura gəlmişəm. Heç o qapıya da niyə getdiyimi bilmirəm. Qapı varsa deməli harasa açılır. Qarşıma çıxan ilk otağa daxil oluram. Otağın divarları boyunca oturmuş çoxlu insan var burda. Heç birini tanımıram və bir az da təəssüflənirəm. Çünki bütün yerlər tutulub deyəsən. Otağın havası çox boğanaqdır. Pəncərəsindən də qara pərdə asılıb. Belə otaqda bu adamlar necə otururlar? Özüdə elə hey danışırlar. Heç biri də bir-birni başa düşmür. Bəziləri iki stulda oturublar, bəziləri də stulun yarısında. Əslində stulda deyil oturduqları. Ağac kötüyünə bənzəyir. Bəli bəli ağac kötüyüdür ki var. Bir şey başa düşmürəm bu dəlixanadan. Ən yaxşısı burdan çıxım gedim. Bura mənlik deyil. Daha sakit yer axtarmalıyam deyə düşünüb otaqdan çıxıram. Nə gəldiyimi sezən oldu nə də getdiyimi. Deyəsən başqa otaqlar da var idi. Gərək axtarardım deyə düşünürəm öz-özümə. Yenidən həyətdəyəm. Ağaca baxıram. Çox gözəldir. Albalı ağacına oxşayır. Belə gözəl çəhrayı çiçəkləri olan ağac albalı ağacıdır. Yaponlar bu ağaca Sakura deyilər. Sakura ağacı çiçəkəlyəndə Yaponiyaya gedəsən. Bəh-bəh nə gözəl olar. Çiçəkləri hələ tam açılmayıb. Tumurcuqlarına baxa-baxa çox tanış gələn musiqi səsi eşidirəm. Mən bu musiqini tanıyıram. Daha doğrusu musiqinin ifa olunduğu aləti. Bu neydir. Elə bu zaman ağacın tumurcuqlarının birisindən gözlərimə koredici işıq şüası düşür. Bundan sonra  hər tərəf işıqdan oldu. Mən özüm də işıqdan idim, amma qarşıdan mənim seçim etməli olduğumu dedilər. Çox az vaxtım var idi. Kədərləndim. Deməli belə tez. Kədərləndiyimə görə də qalmağı seçdim. Elə bu dəm dərhal yuxudan oyandım. Bir neçə dəqiqə heç nə görmədim, görə bilmədim. Görmə qabiliyyətim düzəlsə də, bədənimi hərəkət elətdirə bilmidim. Bir neçə dəqiqədən sonra o da düzəldi. Gördüklərim isə həmişəlik yaddaşımda qaldı. Bu hadisəni isə heç kimə deməməyi qərara aldım. Hazırlaşdım və işə getmək üçün evdən çıxdım. Evdən çıxanda bilirdim ki, burada da çox yerdə hara gedəcəkdimsə heç kimin vecinə də olmayacaqdı. Əgər belədirsə, hansıdır yuxu?  

İbrahim Niftiyev, Bakı, 2013-cü il 2 fevral. 

Comments

  1. Replies
    1. əgər sən bəyənmisənsə bu çox diqqətəlayiqdir))) başqa adamlar yazsaydı bu haqda belə düşünməzdim)) çox sağ ol))

      Delete
  2. mence fikrinizi tam aydin chatdira bilmemisiniz

    ReplyDelete
    Replies
    1. Elə yuxunu da tam aydın görə bilməmişəm)) Nə görmüşdümsə və nə düşünürdümsə onu da yazdım. Əlavə improvizasiyaya ehtiyac görmədim. Oxucu nöqteyi-nəzərdən də empatiya qurmadım. Yenə də feedbackə görə təşəkkür.

      Delete
    2. Ümid edirəm nə vaxtsa fikrimi tam çatdıra biləcəm.

      Delete
  3. Beli sonlugu muemmalidi. Amma mənim fikrimcə yuxu ovqati yarada bilmisən. Bu hekayəyə verdiyin adı xüsusilə bəyəndim)) Sakuralı yuxu..:) Əkbəttə zövqlər müxtəlifdir. Elə bu özü inkişaf deməkdir.

    ReplyDelete
  4. Replies
    1. Təşəkkürlər Şəhla xanım. Diqqətinizə görə minnətdaram. Hörmətlə.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi