Həmid Herisçi - SSSR


 Deməli kitabı iki hissədə dəyər-ləndirmək olar. İlk 22 səhifə və 22 səhifədən sonrakı hissə. Birinci hissədə yazıçı “semiotika” (rəmzlər aləmindəki sözü, şeiri, nəsri öyrənən sahə çağdaş filologiyada semiotika adlanır) elmi haqqında məlumat verib onun ətrafında süjet quraraq, Stalin-Trotski münasibətlərindən, Sovet cəmiyyətində yaşayan fərdlərin yuxarılar tərəfindən cızılmış lazımi inkişaf yolu, Dədə Qorqud fenomeninə öz yanaşması haqqında məlumat verir. Stalin-Trotski münasibətləri və ardınca da “Xəzər Sahilində” başlığı altında bəzi qapalı mətnlərin şərhi olduqca maraqlıdır. 

  Amma və lakin, yazıçı Dədə Qorqudu tarixi personaj olaraq “Dədə Qorxmuş” adlandırır və ümumi Dədə Qorqud dastanlarını qorxaqlıq fəlsəfəsini aşılayan mətn kimi təqdim edir. Son dövrlərdə 1 dəqiqənin içində tariximizin, mədəni irslərimizin tamamilə yad bir şey kimi tənqid olunması prosesləri ilə qarşı-qarşıyayıq. Çox uzaq keçmişdə qalmış filankəs dahiydi yoxsa yox, bəhmənkəsin gözü qaraydı yoxsa yaşıl kimi mövzuların ifrat kütləviləşdirilməsi cəmiyyəti boş düşündürən və yoran bir şeydi. Əziz oxucu yəqin ki, müəyyən qədər hiddətləndiyimi yəqin edir. Bəli. Bu çox təəssüfverici haldır ki, özünə düşünən insan deyən birisi belə böyük ədəbi, tarixi və mənəvi abidəyə belə yanaşır. Əlbəttə yüz illərdir alışdığımız adət-ənənələr, inanclar, qayda-qanunlar hər gün keçdikcə bir az zəifləyir. Sevinərdim ki, bu xurafatın azalması istiqamətində özünü doğrultsun, amma ki, mən hal-hazırda cəmiyyətdə bunun tamamilə əksini, hətta artımını görürəm. Sonra da deyirlər ki, zaman maşını yoxdu. Cəmiyyətin bir çox fərdləri orta əsr radikal və qəddar dini zülmətin olduğu dövrlərə qayıtmağa kifayət qədər böyük həvəs göstərir. Bu həvəs elmə, mədəniyyətə göstərilsəydi, biz səsimizi dünyaya eşitdirə bilərdik. Halbuki lazımsız şeylər istiqamətində gedənlər çoxdu. Qayıdaq kitaba. Kitabın birinci hissəsi yazıçının şərhləri də adlandırmaq olar. Əslində maraqlı məqamlar var. Həmişəlik yadımda qalan yerlər oldu. Hər halda kitabın müəllifi söz azadlığı hüququndan istifadə edərək öz yanaşmasını bildirdiyi Dədə Qorqud Dastanları, bizim ən dəyərli ədəbi mülkümüzdür. Həmid Herisçi indi tutalım özünü ağıllı hesab edir və belə şey yazırsa, qoy elə zənn eləməsin ki, yazdıqlarına cavab olmayacaq. Ən azından ümid edirəm ki, onun yazdıqlarını doğru başa düşüb bu yazını yazıram. Belə görürəm ki, Həmid Herisçi, türk millətinin inkişafdan qalmasının səbəblərini axtarır. Bunu Dədə Qorqud dastanlarına calamaq, razılaşarsız ki, gülünc və ayıbdı.  
Həmid Herisçi 
         Kitabın ikinci hissəsiylə əlaqədar deyiləcək çox şey yoxdur. İkinci hissədə şeirlər yer almışdır və əksəriyyətini bəyənmədim. Bəyən-məmək hələ yumşaq deyilmiş sözdür. Aralarında yaddaqalan və maraqlı nümunələr olsa da, belə götürəndə onlara nə dərəcədə şeir demək olar, sözün düzü, bunu çox da anlamadım. Başqa sözlə, şeirlərin ədəbi meyarı kifayət qədər zəifdir. Yazar müəyyən fikirləri çatdırmaq istəyib, amma bunu yaxşı və lazımi formada etməyib. Bəzən oxucuya qarşı vulqar sözlər də istifadə olunub və mən çox vaxt bunu sevmirəm. Nə məmnun oldum nə də peşman. Qiraətin resessiv dönəmini əmələ gətirən belə kitablar da olur. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi