Üstün Dökmen - Yaşama Yerleşmek


Bəziləri bəzən dörd əllə sarılır həyata 
Fərqinə vararaq, hiss edərək, anı yaşayaraq, 
Bəziləri isə barmaq ucuyla tutur həyatı.

Türkiyə və bizim ölkədə kifayət qədər tanınan Üstün Dökmen cənablarının Yaşama Yerşelmek (Küçük Şeyler silsiləsinin üçüncü kitabıdır) kitabı bir çox maraqlı və vacib məsələlərlə əlaqədar çox yaxşı məlumatlar çatdırır bizlərə. Yazarın TRT kanalında “Küçük Şeyler” başlığı altında verlişi də olub. Üstün bəy o səmimi üslubuya bizim millət olaraq həyatı nə qədər sahibləndiyimizdən , özümüzü həyatın hansı yerinə qoyduğumuzdan bəhs etmiş. Bunu edərkən də çox sadə üsuldan istifadə etmiş: Oturarkən stula necə oturursuz? Stula tam otura bilməyənlər eyni zamanda həyata da tam otura, yerləşə bilməyənlərdir. Problemləri olanlar və bu problemləri tam həll edə bilməyənlərdir. Əlbəttə istər yüzlərlə kitab oxu yenə də problemin həlli sənin özündədir amma yenə də belə kitablar bir təkandır, düşüncə tərzinin müəyyən dərəcədə inkişafıdır.

Kitabı oxuduqca “Çox doğru” deyə razılaşdığım, təsdiqlədiyim məqamlar çox oldu. Həmişə bir balaca geri planda olan, özünə güvəni, inamı olmayan insanlar var cəmiyyətdə. Bir balaca geri planda qalan insanlara ümumiyyətlə Üstün Dökmen bəyin kitablarının hamısını məsləhət görürəm. Sadəcə birini oxusam da, digərlərinin də çox yaxşı olduğunu hiss edirəm. Şəxsi inkişaf kitabları deyil bunlar. Əsala elə düşünməyin. Üstün Dökmen,Muhammed Bozdağ, Kemal Sayar və Ahmet Şerif İzgören tamamilə fərqli (bizim başa düşəcəyimiz, bizə yaxın üslubda) yazırlar. Maksimum dərəcədə Amerikadan gəlmə şəxsi inkişaf kitablarından qaçmaq lazımdır.Onlar insana doğru-düzgün kömək etmir əksinə ziyan vurur. Kitabın xarakteristik və eyni zamanda da çatışmayan cəhəti də var: belə kitablarda mövzulararası əlaqə zəif və kitabın başı ilə ayağının olmaması kimi bir vəziyyət var. Son olaraq isə Üstün bəyin fəlsəfəsi çox sadədir: Böyükləri gözləməkdənsə, kiçikləri itirməyək. 

Comments

  1. Üstün Dökmenin,Küçük şeyler adlı kitabını oxudum 3 il öncə..Hələ də o kitabdan sitatlar beynimdədir.Əla yazardır !!!

    ReplyDelete
    Replies
    1. əla düşünürdür əlbəttə. verlişləri də əladır.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi