Her İnsan Hükümdardır - Orison Swett Marden
Düşüncə dünyadakı hər şeyin sükanıdır və bu düşüncə gəmisinin sükanının əlində tutan da gəminin kapitanıdır. Kapitan da şəxsin özüdür. Ruhi vəziyyət və düşüncə bədənə hakimdir. Bəşər övladı xarakterini və quruluşunu bu düşüncə gücüylə heyəltəraş kimi yonur və formaya salır. Nəfsinə düşüncə gücüylə hakim olan insan, uğur qazanmaq üçün lazım olanın elə özü olduğunun başa düşəcək və özünün hökümdarı olmaya başlayacaq. Bunu bacarmaq və düşüncə sükanına istiqamət vermək, bir neçə təməl həqiqəti bilmək və onlara əməl etməklə təmin edilir. Bu kitabın də əsas məqsədi budur. Kitab əlbəttə ki, bir neçə səhifədən ibarət olsa da məqsədi birdir: Düşüncələrimizi bizə necə təsir etdiyini göstərmək. O qədər nümunələr var ki, bitirdikdən sonra düşüncənin bu dünyada hər şeydən güclü olduğuna şübhə qalmır. Əslində isə düşüncələrimizə hakim olmaq kifayət qədər çətin işdir. Televizoru açıb xəbərlərə baxmaq istəyirəm və filan yerdə teror hadisəsi oldu falan yerdə də etiraz aksiyası oldu deyə xəbərləri eşidəndə istər istəməz ruhuma qara buludlar çökür. Bəlkə də elə bunları görüb bu gün daha çox özümüzü inkişaf elətdirməliyik. Əlbəttə ki, sevinc və hüzur ruhi tarazlığı və daxili sülhü olan insanlarla olur. Onlar ətraflarına da günəş kimi işıq saçıb onları aydınladırlar. Sevincli olmaq özünüzə və ətrafınıza edə biləcəyiniz ən yaxşı yaxşılıqlardandır. Belə bir ruhi vəziyyətlə siz çox şey əldə edə bilərsiniz. Nə də olsa sevincli, nəfsdən maksimum dərəcədə arınmış xasiyətdə cazibə qüvvəsi vardır. Odur ki:
“Gülən üz danışan dildən vacibdir. İnşallah hər zaman birinci üzünüz və gözünüz gülsün”
Comments
Post a Comment