Conversations With God - Allahla söhbətlər


Və Tanrı ol dedi....

Kainatın bir sözlə ətrafımızın sirləri həmişə bizi düşündürüb. Hətta ibtidai icma quruluşunda ovdan qayıdmış, od qarşısında dincələrək səmada parlayan ulduzlara baxan kişiləri və evdarlıq edən qadınları da. İnsan yıxılır, ayağa qalxır və bəzi hekayələrin bir parçası olur. Məna axtarır. Məntiq axtarır. Kainata səslənir. Uzaqlara baxır. Halbuki Allah bizə şahdamarıızdan da yaxınam deyir. Hər şeyin bir səbəbi vardır əlbəttə ki. Dərk etmək çətindi bəlkə də amma başqa çıxış yolu yoxdur. Məncə nə olursa olsun onun varlığını yəni sevginin varlığını hər zaman hiss edib ruhi, daxili sülhü qorumalıyıq. İnsan qəribə canlıdır. Şükürlər olsun ki təbiətdə həm fiziki həm də əqli cəhətdən ən güclü canlıyıq. Çatışmayan cəhətimiz isə məqsədlərimizi tapa, müəyyənləşdirə bilməməyimizdir. Niyyətimizi müəyyənləşdirməməyimizdir. Belə olduqda biz bütün resurslarımızı boşa xərcləyirik. Bəziləri həyatını elə yaşayır (bu onlar üçün problem yaratmır amma)))). 

Film əla alınıb. Çox bəyəndim. Baş qəhrəmanın başına yuxarıda qısaca yazdığım kimi hadisələr gəlib. Çox ümidsiz vəziyyətlərə düşüb. Burda Albert Kamyunun “İnsanın ümidsizliyə düşməsi, ümidsizliyin özündən də pisdir” fikrini xatırladım. Bilmirəm bəlkə də hamıda olmur bu amma filmdə də Allahın Nilə dediyi kimi : “Sən məni axtarırdın. Sən mənə çoxlu suallar verirdin və budur mən burdayam. Sən suallarına cavab almağa hazırsan? Mən səhv anlaşılmışam. Mən hər zaman sənin öz səsisnlə sənin özünlə danışmışam. Əsas sual isə, eşidirdinmi?dir” Nil suallarına cavab alır və onu kitab halına gətirərək digər insanlarla bölüşür. Fantastik,dramatik melodrama. Filmin sonluğu xüsusi diqqətimi cəlb etdi və düşündürdü. Nil sonda ilkin Nili tapdı. Yəni özünü tapdı. Nədə olsa bütün bunların hamısı elə bunun üçündür. Sonra. Sonrasını bilmirəm. Sonrası yəqin ki, hər kəsə görə spesifik yəni özünəməxsusdur. 

Son olaraq isə sən nəyə hazırsansa o da sənə hazırıdır fikrini xatırladım. Çox sakit və düşündürücü filmdir. Hamıya məsləhət görərdim. Eyni zamanda onu da deyim ki, film kitab əsasında çəkilib. Filmdə adı keçən "Conversations With God" adlı kitabı tapıb oxumaq çox daha əla olar məncə. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi