Good Will Hunting
Riyaziyyatı yaxşı bacaran insanlara böyük hörmətim var. Əgər bunu
bacaran insan üstəlik dahidirsə ondan soruşacağım çox şey olar. Will Hunting cəmiyyətdə
mövcud olan bir çox avara adamlardandır. Buna baxmayaraq avaralardan fərqli
olaraq onun ilahi vergisi var ki, bu da riyaziyyatdır.
Film dahiyanədir. Bir tərəfdən o çox sadə digər tərəfdən çox mürəkkəbdir.
Avara dahiyə necə kömək edəsən ki, o özünü həyatda itirməsin? Necə eliyəsən ki,
o özündə bu vergini məhv etməsin? Ona müəllim, yol göstərən və dəstək verən
lazımdır. Bunları isə mənim ən sevdiyim aktyor olan Robin Williamsın baş rolda
canlandırdığı obraz (Şon)yerinə yetirir.
Ona kömək edir ki, öz yolunu tapsın.
Filmdə aktyorların canlandırdığı inanılmaz super insanlar var. Huntinqin bəxti gətirib ki, belə insanların əhatəsinə düşüb. Mən də elə insanların əhatəsinə düşmək istərdim. Bəlkə avara olum? :))) Məncə Robin Williamsın canlandırdığı Şon adlı ekspert Huntinqin qoruyucu mələyidir. İstədiyi qız isə xaricən çox göəzl olmasa da daxili zənginliyi, onun şəxsiyyətinin göstəricisidir və elə bir insanla həyatı bölüşmək böyük xoşbəxtlikdir.Film ilk növbədə əla senari, ikinci növbədə əla aktyor performansı ilə diqqəti cəlb edir. Mett Deymon Huntinq rolunu yaxşı canlandırıb. Psixoloji motivlərlə zəngin olan epizodlar da var. Xüsusiylə sonda. Hamıya filmə baxıb zövq almağı arzulayıram.
Comments
Post a Comment