Saat
İnsanlar saat adlanan cihaz kəşf ediblər. Hələ qədim dövrlərdən insanlar bu cihazla günün hansı hissəsi olduğunu rahatlıqla söyləyə bilirdilər. Qədim dövrləri deyə bilmərəm çünkü o dövrlərdə qum və günəş saatları var idi amma bu gün şükür Allaha hamının evində və qolunda olan saatları nədənsə mən elə insanların özlərinə bənzədirəm (Elektron saatları çıxmaq şərti ilə). Əsas oxşarlıq məncə həm insanlarda həm də saatlarda “Tik – Tak”ın olmasıdır. Ürək döyüntüləri tika-taka bənzəyir.Saat vasitəsiylə bizə lazım olan vaxta nə qədər zaman dilimin qaldığını öyrənə bilirik. Lazım olan vaxt çatanda vaxtdı deyirik. Tələsirik. Gecirik. Bəyəm biz özümüz elə saat deyilik? Biz də vaxtı göstəririk. Həyatımızın hansı zaman dilimində olduğunu göstəririk. Bəzən saatı tələsən bəzən isə saatı geri qalan insanlar görürəm. Bəzən otağımda sakitcə otururam və saat səsinin altında düşüncələrə dalıram. Saat səsi məni düşünməyə vadar edir hər zaman. Xüsusiylə balansımda nə qədər qalıb deyə düşünürəm. Nə qədərini yaxşı, effektiv istifadə etmişəm? Nə qədərini boşa istifadə etmişəm deyə. Əslində bunun bir o qədər də ciddi əhəmiyyəti yoxdur amma yenə də düşünürəm. Zaman anlayışı özü qəribə anlayışdır. Hələki bu anlayış geçərlidir.
Comments
Post a Comment