Super Qəhrəmanların Dəyərləndirilməsi


Spiderman – Bu super qəhrəman hələ 70 – ci illərdə populyarlıq qazanmışdı. Uşaq vaxtı praktiki bütün serialarına baxmışdım. Yeni çəkilmiş üç seriyalı filmini də bəyəndim. Batmanla müqayisədə spideri o qədər də bəyənmirəm. Basit, sadə gösrənir (Bu ona görə deyil ki, Batman super texnologiyalardan faydalanır). Sadəcə belə hiss edirəm. Filminin üçüncü seriyasının xüsusi bəyənirəm. Müsbət bildiyimiz super qəhrəmanın 180 dərəcə dəyişməsi mənə xoş təsir etdi. Qəribədi amma belədi. Təbii ki, sonra həppi endinq oldu.
X – men – filmi yaxşıdır. Digər super qəhrəmanlar falan. Super qəhrəman olaraq isə əlindən sadəcə dəmir çıxardır, fiziki güclüdür və əbədi yaşardır. Yəni prinsipcə pis deyil amma ciddi bir şey hesab etmirəm.
Superman – Uca binaların üstündən asanlıqla tullana bilir, gözündən şüa çıxardır və s. Bu lap belə sadə və bəsit görsənir mənim üçün. Halbuki uşaq vaxtı çox bəyənirdim. Hal – hazırda isə bunlara marağım çox da qalmayıb. Naruto adlı Yapon animesinə tamah salmışam və bir ildən çoxdur ki, onu izləyirəm. O da ayrı bir dünyadı. İnsanlar da oturub gör nələr fikirləşiblər. Maraqlıdır. Marağımın kökündə yəqin ki, macerə həvəskarı olmağım durur. Son olaraq isə uşaq vaxtı ən sevdiyim super qəhrəmanlardan olan Nizya Tısbağaları (Ninja Turtles) xüsusi vurğulamalıyam. Doğrusu onlar haqqında da çox da fərqli fikirdə deyiləm.
Comments
Post a Comment