Minus Pişik Qız - Annie M.G. Schmidt


Şübhəsiz ki, “Pluk van de Petteflet” Annie M.G. Schmidtin ən məşhur əsəridir. Lakin dünyanın qalan hissəsi üçün bu, “Minus”dur : bu kitab katalon, alman, ingilis, fransız, yunan, italyan, norveç, ispan və isveç dillərinə tərcümə olunub. 
Juffrau Minus keçmişdə pişik olub. O xoruldayır, cırmaqlayır, xumarlanır və hələ də quşcuğaz görəndə pişiksayağı xoşhallanır. Artıq adi bir qız olsa da, hələ də arabir Miyouv-miyouv mahnısını oxuyur və “pişik dilində” dil-dil ötür. Bu istedaı onun sahibi, qəzetçi Tibbenin olduqca karına gəlir. Pişik Mətbuat Xidməti sayəsində, o, bir çox gizli və məxfi məsələlər haqqında məlumatlar alır. Düzdür, bu işlər ona müəyyən çətinliklər yaradır amma Minusun və onun çoxlu pişik dostlarının köməyilə hər şey əla qurtarır. 

Kees Veens “ De Volkskrant” qəzetindən: “Minus şübhəsiz ki, gözəl kompozisiyaya malikdir. Kitabın əvvəlindən personajların, hadisələrin, məsələlərin verəcəyi bütün imkanlardan çox gözəl istifadə olunur. Hər şey bir-birilə sıx surətdə bağlanır: bütün kiçik hadisələr bir-birinə münasibətdən ustalıqla intriqa yaradır.”

Əslində yetkin insanın yetkinliyini kənara qoyub uşaqlar üçün nağıllar yazması böyük bacarıqdır. Uşaq dünyasının saflığını, təmizliyini və genişliyini ancaq uşaq ədəbiyyatı ilə məşğul olanlar çox yaxşı başa düşə bilər. Bu kitabı xalam qızına hədiyyə olaraq alsam da bir günün içində özüm də oxudum. Uşaq vaxtından zəngin nağıl təcrübəmi yada salıb onu deyə bilərəm ki, çox əla, tərbiyəvi və şən bir nağıldır. Pişiklər böyük qüvvədir!! :)  Qısaca yazıçı haqqında:

Anni Şmit 1911 – ci ildə Hollandiyanın Zuid – Bevaland in Kapelle şəhərində anadan olub. O, əvvəlvə kitabxanada – oxu zalında , sonra isə Amstredamda Het Paool qəzetində çalışıb. Onun “Plük van de Petteflet” əsərindən əlavə, uşaqlar üçün yazdığı ən məşhur kitablar bunalrdır: “Minus” (Gümüş qələm mükafatı) və “Otye” (Qızlı qələm mükafatı). 1988 – ci ildə Oslo şəhərində dünyanın ən məşhur uşaq yazıçısı olan Astrid Lindgren (siz onu “Balaca və damda yaşayan Karlson” əsərindən gözəl tanıyırsız) şəxsən öz əlindən dünyada uşaq yazıçıları üçün mövcud olan ən böyük beynəlxalq mükafatı – Hans Xristian Anderson Mükafatını alıb. Bu mükafatla həqiqətən fəxr etməyə dəyərdi. Bu, bütün holland ədəbiyyatında tarixi bir hadisəydi. Anni Şmit 1995 – ci ildə Hollandiyanın paytaxtı Amsterdam şəhərində vəfat edib.



Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi