Mübarizə aparmaq haqqında

Şəklə diqqətlə baxın. Quş (durnadı, pelikandı dəqiq bilmirəm) qurbağanı yemək istəyir. ok. No problem. Ovlayır və hazırlaşır yeməyə. Ancaq ki, yemək boğazdan keçir. Qurbağa isə onun boğazından tutmağa macal tapır. İş tamamdı. Artıq onu yeyə bilməyəcək. Yəni hamının zəif və stratejik yeri var. Sənə təhlükə yaranıbsa ya da mübarizə aparmalısansa doğru nişan almalısan. Bunu iş həyatından ailə həyatına, dost – tanış çevrəsindən təhsil həyatına qədər geniş tətbiq sahəsi var.

Birinci olaraq hər şey özünə inamdan başlayır. Ən böyük güc olan inamı istifadə et. Şübhə etməyi yox, təsəvvür etməyi və gözləməyəi, səbr etməyi öyrən. Hamımız eyniyik. Hamımızın bacara biləcəyi əslində eynidir. Hamımızın bacara biləcəyi dedikdə, arzularımıza çatmağımızda bizə sadəcə elə özümüz mane ola bilər.
Arizona arzuları filmindən bir fikiri xatırladım: “Uçmaq istədiyini heç kimə demə yoxsa səni düşürtməyə çalışacaqlar”. Bu da çox vacibdir.Qoyma ki, arzularını kiçildən insanlar səndə uğursuzluq toxumunu əksinlər. Nəticəni indidən gör və qorxma. Qorxma. Allaha inandığımdan bir işi görəndə mütləq onun da dəstəyinin olduğunu düşünürəm. İnsan heç vaxt tək deyil. Allaha inanmayanlar isə kainata inanırlar. Kainatla vəhdətdə olduqlarını düşünürlər. Qoy bu belə də olsun. Allah, kainat fərq etməz. Əsas olan arzularımızı gerçəkləşdirməkdir (əlbəttə ki, təhlükəli arzulardan, insanlara ziyan vuracaq şeyləri nəzərdə tutmuram).
Comments
Post a Comment