The Five People People You Meet In Heaven
“Bu Eddi adlı kişinin hekayəsidir amma onun həyatının sonu başlanğıc oldu” İnanılmaz, cəlbedici və dramatik bir hekayə. Bir şəxs ki, əslində ruhu bütün insanlarla əlaqəlidir. Bu böyüklüyünün isə fərqində deyil...
Filmi çox bəyəndim. İnsana qarmaşıq hisslər yaradır. Filmə baxarkən eyni zamanda uşaqlıqda oxuduğum amma çox xoşuma gələn, araşdırma xüsusiyətli Raymond Moudinin – ölümdən sonrakı həyat kitabı yadıma düşdü. Kitab kliniki ölüm yaşamış insanlardan toplanmış məlumatlar əsasında hazırlanmışdır. Çatışmayan cəhəti isə sadəcə müəyyən qədər təsvirin olmasıdır (yəni natamamlıq var ki, əslində bu da normaldır). Film, əlbəttə ki yüz faizli olmasa da həyatda vicdanlı,dürüst, əxlaqlı yaşamış insanın ölümdən sorakı həyatının necə olacağını göstərir (bilinən bir şey olsa da). Beş nəfər var ki, Eddi onlarla görüşüb onlarla söhbət etməlidir. Onlar da onu orada gözləyirlər. 5 nəfər. Bəs olnlar kimlərdir? Eddinin həyatında çox mühim rol oynamış beş nəfər. Müəyyən qədər proqnoz vermək olar hə? Əslidə film haqqında yazılası çox şey yoxdur amma duyğusal filmləri sevən insanlara belə bir filmin var olduğunu çatdırmaq istəyirəm. Eddinin qarşılaşdığı bu beş insan izləyiciyə beş müxtəlif hekayəin çatdırır. Nə də olsa hər kəsin bir hekayəsi var. Eyni zamanda hamı bir hekayənin bir hissəsidir. Yəqin ki, onların sayı dəqiq olaraq beş deyil. İnsanın həyatında mühim rol oynamış bir çox insanlar ola bilər. Filmin ən təsirli epizodu isə Eddinin həyat yoldaşı və müharibədə öldürdüyü balaca qız uşağı ilə oldu.
Comments
Post a Comment