Shame - Utanc +18


Əslində bu yazını yazmağıma bir az tərəddüt etdim amma “bəlkə də bu mövzuyla maraqlananlar var” fikri məni rahat buraxmadı. Dostlar, əgər +18 səhnələrindən narahat olursunuzsa, yəni belə şeylərə baxa bilmirsinizsə filmə baxmayın. Bunu normal qəbul edənlər isə filmin mənasına görə mütləq baxsınlar. Filmdə olan açıq-saçıq epizodlar şəhvətdən aslı insanın həyatını başa düşmək üçün vacibdir.

Alışqanlıq  zəncirləri, əvvəl duyulmayacaq qədər xəfif ,sonra qırılmayacaq qədər güclü olur. - Arthur Schopenhauer

Bu dərəcədə gözəl bir film. Treylerini bir saytda görən kimi, başa düşdüm ki, film müasir həyatımızın bəlalarından biri haqqındadır. Aslılıq: Narkotikdən, siqarətdən, spirtli içkilərdən, internetdən və seksdən. Film sonuncusu ilə əlaqədardır. Ən qəribə məqamlardan biri isə sadalanan xəstəliklərin müalicə üsulları prinsipcə eynidir. Bizim cəmiyyətimizə və mentalitetimizə yad mövzu olsa da, bu bunun mövcud olmadığı və olmayacağı demək deyil. Bəli, bizim cəmiyyətdə də narkomaniyanın bu növü var və bu dil,din,irq və milliyətdən aslı olan bir şey deyil.

Brendon adlı birisi “normal” həyatını yaşamağa çalışır. Londonda yaşayır (Nyu York, London kimi böyük şəhərlər insanları nihilizmə və hətta nihilistik faicəyə,yəni böyük bir boşluğa sovurur. Gərək mənəvi və şəxsi cəhətdən çox güclü olasan ki, burda özünü itirməyəsən.). İşə gedir, pul qazanır və şüuraltı olaraq nə isə axtarır. Niyə axtarır? Çünkü həyatdan həzz ala bilmir. Cinsi əlaqə anlayışını beynində elə bir anlayışa çevirib ki, artıq ondan da həzz ala bilmir. Şəhvətin əsirinə çevrilib. İdarəolunmaz cinsi ehtiyaclar hiss edir. Şəhvəni hisslərin içində boğulur. Vəziyyəti ağırdır. Əsas olansa bütün bu problemlərlə necə yaşaması və ya yaşamağa çalışmasıdır. Filmin ortalarında bundan xilas olmağa çalışdı amma alınmadı. Mən bilmirəm bu insanın özündən aslıdır yoxsa yox amma onu deyə bilərəm ki, heyvani, şəhvəni hisslərin əsirinə çevrilən insan kənardan çox iyrənc görsənir. Həyat sadəcə bundan ibarət deyil. Çıxış yolu nədədir? Nədə olması geniş mövzudur. Bir yazıya sığmaz amma məncə utanc hissini yaşamaq bu probemdən çıxış yoluna bir başlanğıcdır. İnsanın quruluşu belədir. Nə qədər kəskin hisslər yaşayırsa bir o qədər qərarlarında ciddi olur və unutmur. Brendon da şiddətli utanc hiss yaşadı. Sonra necə olacaq? Bataqlıqdan çıxmaq mümküdür amma kənardan olan köməklə. Sadəcə təsəvvür et ki, qarından yuxarıya qədər bataqlığın içindəsən və əllər belə köməyə gəlmir amma “kənardan kömək” kömək edə bilər. Nədir bu kömək? Həqiqi sevgi (belə şey yoxdur deyib məni əsəbiləşdirməyin!). Sadəcə bataqlıq deyil labirintə də bənzətmək olar aslı insanların vəziyyətini. 
Hə Brendon. Vəziyyət ağırdır amma insan olmaq lazımdır. Uğurlar sənə. Beləliklə aslı insanların həyatı haqqında çox güclü estetik və dramatik təsiri olan mükəmməl bir film. Bir şeyi görürəm. Hal-hazırdakı dövr (kapitalizm adlandırdığımız) ehtiyaclarımızın artıqlaması ilə ödənməsini və hətta lazımsız təlabatları ortaya çıxardıb. Vaxt keçdikcə şükür etmək bacarığı insana daha da çox lazım olacaq (filmdəki depressiv vəziyyət bunu mənə deməyə əsas verir). Getdikcə insanların qəlbi, ruhu ölür. Əvəzinə fiziki ehtiyaclar toplusu robotabənzər bir şey çıxır (Karl Marks bu haqda hələ 130 il bunda  qabaq demişdi!!!). 

Comments

  1. Bu filmə baxmışam. Əsas səbəb isə türk tamaşaçılarının bəziləri filmin sujet xəttinin "Issız Adam" filmindən götürülməsi iddiası olub. Düzü bənzəyir, lakin eyni deyil. Bu filmdə urbanistik həyat tərzi daha çox önə çıxır.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi