Black Gold - Qara Qızıl
Olduqca maraqlı bir film. Treylerin hələ Caspian Plazanın liftindəki monitorlardan görmüşdüm. Diqqətimi cəlb etsə də tapa bilməmişdim. Bu yaxınlarda internetdə rastıma çıxdı və düşünmədən yüklədim.
Bir çox nüanslarla zəngin və düşündürücü filmdir: Qərb və şərq. Ata və oğul. Şükür və naşükürlük. Satqınlıq və sədaqət. Ağıl və qaba güc. Mənəviyyat və maddiyat. Çətinlik və mübarizə. Ölüm və doğum. Metomorfoz. Müharibə. Sevgi (mövzusu nə olursa olsun sevgi istənilən film və kitablar üçün təməl təşkil edir) və s.
Ümumi süjet xətti kifayət qədər bilinən və ora-bura dalğalanmayandır. Əsas mövzu iki dünyanın – yeni və köhnə dünyanın qarşılaşması, iki müxtəlif həyata baxış tərzinin kəsişməsidir. Filmin mövzusu Şərq dünyasına qonaq gələn qərblilər olsa da, Qərblə Şərqin, İslamla Xristianlığın toqquşması deyil. Film sırf müxtəlif düşüncə tərzlərinin toqquşması və onun nəticələri haqqındadır. Əlbəttə ki, təəsüf hissinin müşayəti ilə. Bu qədər insan həyatına son qoyulması məndə təəsüf hissini yaratmaya bilməz. Qərb isə günahsız oldu filmdə. Əlbəttə ki, bu yalandı!!
Filmdə sanki mübarizə gedir. Qərarların nəticəsi necə olacaq? Neftin çıxarılması həyatımıza necə təsir edəcək? Əsas pul, çoxlu pul həyatımıza necə təsir edəcək? İnsanların həyatına son qoymaq, özüdə puldan sarı.
Qısaca aktyor performansı çox yaxşıdır. Antonio Banderosun baş rolda olması filmə xüsusi emosianallıq verir. Tahar Rahim (filmdə Auda) da gənc olmasına baxmayaraq kifayət qədər yaxşı perfomans sərgilədi amma nə yalan deyim o qədər də bəyənmədim. Audanın sevgilisini rolunu isə “Zibillikdən çıxan milyoner” filmindəki Latika rolunu ifa edən Frido Pintodur.Filmin mövzusu etibarıyla əsas diqqəti özünə çəkən aktyorlar bunlar olmasına baxmayaraq elə hesab edirəm ki, daha yaxşı aktyor komandası ilə filmi çox daha əla çəkmək olardı. Mark Stronq Audanın atası rolunu ifa edən aktyor isə bəyəndim. Zəhmli və əsl lider rolunu yarada bilib. Filmdə maraqlı dialoqlar da var. Hamıya məsləhət görürəm.
Comments
Post a Comment