Adam Fawer - Olasılıksız - Improbable


“Tale həyatımızın öncədən cizilmiş olması demək deyildir. Yolun tamamını deyil sadəcə yol ayrıclarını verir. İstiqamət bəllidir amma bütün döngələr bizə aiddir”

Bir sabah, yıllardır görmediğiniz bir arkadaşınızı düşünerek uyandınız. Bir saat sonra, onunla sokakta karşılaştınız. Sizce bu sadece bir tesadüf mü, yoksa çok daha farklı anlamı olabilir mi? Siz hiç Loto'da büyük ikramiye kazanmadınız. Ama birileri kazanıyor. Hem de sürekli! Onlar sizden daha mı şanslılar? Şans nedir gerçekten? İçinizde bütün paranızı kırmızıya yatırmanız gerektiğini söyleyen bir his var. Bu his bir öngörü müdür? Yoksa daha fazlası mı? Yolda gidiyorsunuz. Kafanızı çevirip yandaki küçük parka baktınız ve bir anda bu anı daha önce de yaşamış olduğunuzu hissettiniz. Evet, Deja Vu. Sizce nedir Deja Vu; Geçmiş mi, rüya mı, yoksa geleceği mi görüyorsunuz?  Eğer siz de kontrölün kimde olduğunu merak ediyorsanız, 'Olasılıksız' tam size göre bir roman. 

Kitabı oxumağımdan bir il keçməsinə baxmyaraq, bloqumda bu unuda bilməyəcəyim kitab haqqında azdan-çoxdan məlumatın olmasını istəyirəm. Maraqlı bir qeyd də edim: Adam Faverin – Olasılıksız kitabı elektron formatda oxuduğum ilk roman olmuşdur.

Kitab çox dinamik, elmi-fantastik, dramatik, realistikdir. Əslində heç fantastik deməzdim çünkü kitabda olmuyacaq şeylər təsvir olunmayıb. Daha çox elmi istiqamətlidir. Bir neçə mövzunun bir kitabda cəmləşməsindən xoşum gəlir (amma bu Markezdə o qədər də uğurlu alınmayıb). Bir çox elmlər bu əsərdə kəsişir: Tibb (şizofreniya və epilepsiya xəstəlikləri), Fizika, Kimya, Statistika (Ehtimal nəzəriyyəsi xüsusiylə), Psixologiya (şüuraltı), Anatomiya və sevimli Fəlsəfə. Sadəcə elmlər də deyil: Təhlükəsizlik orqanlarının fəaliyyəti və onlar haqqında müxtəlif maraqlı məlumatlar da var (yəni bir anlamda dedektiv izləri də var). İnanılmaz güclü məntiq və təsirli epizodlar var. Əvvəllcə parça-parça olan hissələrin sonradan birləşməsi zövq vericidir. Eyni zamanda onu da deyim ki, roman yazarın bacarığını, maraq dünyasını və sənətkarlıq imkanlarını yaxşı çatdırır bizlərə. Xüsusiylə beyin dalğları ilə əlaqədar öyrəndiklərim çox maraqlı oldu. Daha sonra bu bilgiləri çox olmasa da inkişaf elətdirdim və beynimizin bizi heyrətə gətirən digər xüsusiyyətlərindən agah oldum. Kitabı oxumaq istəyənlər üçün link yerləşdirdim. Yükləyib oxuya bilərlər. Stiv Cobs demişkən, One more thing: kitabı oxumağa başlayərkən, ilk 50-70 səifəsini çox böyük diqqətlə oxuyun. Çünkü bir az qarışıqlıq var. Hamıya uğurlar!


Qeyd: Yazı şəxsi fikirlərim və kitapyurdu.com saytının müvafiq oxuyucu şərhləri əsasında hazırlanmışdır. 

Comments

  1. 1.Cümle Şemsi Tebrizinin 40 kuralından biridir. Maraqlı geldi bir xristianın alın yazısı konusuna deyinmeyi

    ReplyDelete
  2. Alın yazısını xristianlar çox araşdırıblar. Kilsə həmişə alın yazısı və tele sözlərini müsəlmanlardan eşidib və araşdırmaq qərarına gəlib. Bu yaxınlarda elə bir Türk alimi qalaq-qalaq alın yazısını araşdırmalarını Avropadan Türkiyəyə araşdırmaq məqsədi ilə gətirmişdi. TNT - Hayatın şifreleri verlişine. Romanın sonunda xüsusiylə Tale terminin zirvə yapır.

    ReplyDelete
  3. hAYAtın şifrelerini mən də izlədim.bu əsəri də oxumuşam..Empati adlı diğer kitabını okumanızı tavsiye ederim

    ReplyDelete
    Replies
    1. empati çox məşhurdu mütləq tapıb oxumaq lazımdır İnşallah

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi