Psixologiya mənim gözümlə: Empatiya

Qadın kişi münasibətlərində də empatiyanın rolu çox vacibdir. Hamı bilir ki, qadınlar və kişilər arsındakı dünyanı dərketmə və hadisələrə yanaşma tərzi fərqlidir. Bu fərqin də kökündə onların beyinlərinin sağ və sol yarımkürələrinin qarşılıqlı əlaqəsi yatır. Psixoloji təcrübələrlə də sübut olunmuşdur ki, qadınlar beyinlərində daha çox seçim yaradırlar. Kişilər ya hə ya da yox deyə yanaşırlar. Odur ki, empatiya və qarşılıqlı ünsiyyət sayəsində qadın kişi münasibətlərində də sağlamlıq təmin oluna bilər. Bu heç də bütün problemlərin həlli demək deyil. Çünkü bəzi insanların münasibətlərində dəyişiklik yaratmaq üçün gərək onların genləri dəyişsin.
“ Bir inci saflığı olsa da suda,
Artıq içiləndə dərd verər o da”
Təqdimata ehtiyac yoxdur məncə. Empatiyanın da həddi var. Artıq dərəcədə empatiya şəxsən mənim fikrimcə cəmiyyətdə, dünyada balansı poza və insanlar arsında çox daha fərqli vəziyyətlər yarada bilər. Aşağıda isə maraqlı bir video var. 3-4 dəqiqənizi ayırıb baxmağınızı məsləhət görürəm. Hamıya uğurlar!!
Comments
Post a Comment