Şamil Qafarov - Pulun diktaturası

Monoqrafiyada pulun bütün incəliyinə və eybəcərliyinə qədər cəmiyyət həyatında oynadığı rol, onun diktatorluğu, pula verilən elmi təriflər, pul haqqında müxtəlif deyimlər, bu möcüzəli, sirli, cazibədar, qeyri-adi güc və qüdrətə malik bəşər sivilizasiyasına meydan oxuyan, dünyada bütün müharibələrin, toqquşmaların səbəbi olan, həm də insanlara zənginlik gətirən və onlara sanki "qürurluq" verən, insan olmayanı "insan" edən, maddi dünya adlanan bir dünyanı formalaşdıran pulun təhlili verilir.

Monoqrafiyada daha dərinə gedərək aşağıdakı suallar cavablandırılır: pul - siyasətdirmi, iqtisadiyyatdırmı, vəzifədirmi, ailədirmi, məhəbbətdirmi, mənəviyyatdırmı, dostluqdurmu, yoldaşdırmı, namusdurmu, qeyrətdirmi, ədaalətdirmi, həqiqətdirmi və s.? Rüşvət və korrupsiya pulun "yeni" funksiyasıdırmı? Bazar iqtisadiyyatı pul iqtisadiyyatıdırmı? Pul yaşadığımız cəmiyyətdə bütün hadisə və proseslərdə diktatordurmu? Bir sözlə - pul bütün münasibətlərin əsasıdırmı? Monoqrafiya elmi işçilər, müəllimlər, doktorantlar, magistrlər, bakalavr təhsili alanlar, iqtisadçılar və iqtisadi məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Professor Şamil Qafarov mənim müəllimim olub və magistratura təhsil pilləsinə başlayarkən, yəni 2014-cü ildə iqtisadiyyat dərsini tədris edib. Hələ bizim dərslərdə iştirak edərkən öz kitabı haqqında dəfələrlə məlumat vermişdi. Uzun müddət marağımda olan və mütaliə planımda yer alan "Pulun diktaturası"nı son 1 ayda oxuyub-bitirmək gənc iqtisadçı kimi mənə həmə çox maraqlı qiraət təcrübəsi yaşatdı, həm də iqtisadi biliklərimin artımında müəyyən rol oynadı. Xüsusilə iqtisadiyyat və biznes elmləri üzrə bakalavr və magistr təhsil pilləsində təhsil alan tələbələrə və ya sadəcə mövzu ilə maraqlanan şəxslərə kitabı məsləhət görürəm. 

Kitab haqqında, ondan aldığım təəssüratlar və digər məsələlərlə əlaqədar fikrimi izah edəsi olsam, ilk növbədə kitabın axıcı, rahat və ensiklopedik üslubunu vurğulamalıyam. Belə ki, kitabda bol istinadlar, maraqlı məlumatlar və əhatəli bilgilər yer alıb. Pulun iqtisadiyyat üçün önəmi, onun tarixi və mahiyyəti, pul ilə əlaqədar olaraq dəyişən digər müxtəlif iqtisadi konseptlər maraqlı dil ilə izah olunub. Ən əsası isə iqtisadiyyatda insanın yeri, onun daxili aləmi, əqidəsi və mənəviyyəti də bir çox mühakimələrdə əsas alınıb. Resurs ixrac edən ölkələr və onlara aid bir çox iqtisadi reallıqlar təsvir olunub. Kitabı oxuduqca sadəcə elmi nəzəriyyələrin, terminlərin və yaxud da qanunauyğunluqların özlüyündə bir çox şeyi izah etməkdə yetərli ola bilməməsini anlamaq olur. Qurğudumuz mürəkkəb sistemlər, cəmiyyətlər və ölkələrdə baş verən əsas hadisələrin iqtisadiyyat nöqteyi-nəzərdən təhlil edilməsi monoqrafiyaya interaktivlik xarakterini qazandırıb. 

Müasir dövrümüzü izləyən zaman aralıqları, gələcəyə yönəlik proqnozlar sistemli olaraq nəzərdən keçirilib və ilk baxışda gözə görünməyən məqamlar maraqlı formada təhlil edilib. Müəllifin səmimi yazı üslubu axıcılığı təmin edir. Kitabın həcmi çox olsa da, gündəlik olaraq oxunduqda bu həcm gözə görsənmir. Eləcə də, iqtisadçı olmayan insanlar da kitabı oxuyub bir çox şey haqqında dəqiq və ətraflı məlumat sahibi ola bilərlər, çünki format və üslub etibari ilə kitab heç bir ilkin hazırlıq tələb etmir, bu da ona yalnız elmi deyil, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş elmi-populyarlılıq statusu qazandırır. Bundan əlavə, kitab bir çox mövzular çərçivəsində kifayət qədər cəsarətli fikir ifadəsini özündə ehtiva edib. 

Kitabı PDF formatda yükləmək üçün aşağıdakı keçidi istifadə edin:
https://yadi.sk/i/_GjIsXBx3JsMKC 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi