Qismət - Meqapolis hüznləri

Sözün düzü, kitabı vərəqləməzdən öncə həqiqətən də nəyəsə ümid edirdim. Düşünürdüm ki, orta və ya ortadan da aşağı nə isə bədii, maraqlı və dəyərli nümunələrlə qarşılaşacam. Nə olar, qəbulumdur, oxuyaram. Ən azından ona görə ki, Qisməti ictimaiyyət arasında olduqca istedadlı yaradıcı şəxs kimi tanıyırdım. Həmişə sosial şəbəkələrdə, tədbirlərdə aktiv iştirak edən, maariflənmək üçün çalışan və dəstək olan birisi kimi tanıyırdım. Bu sözlər hələ də keçərlidir, amma bədii yaradıcıllığın ən azından şeir qolunda vəziyyət çox pisdir, xanıma və cənablar, çox pis.
Şeirlərin əksəriyyətində həqiqətən də hüzn var, amma bu hüzn metroya ya da taksiyə minərkən, evdə oturub kitab oxuyarkən, şou nümayəndələrinin yuxarıda başda oturub camaata ağıl öyrədərkən onları televizorda izləyəndə peyda olan hüzndən, daha doğrusu narazılıqdan savayı bir şey deyil. Heç belə şeyləri də şeir adı altında bölüşmək düzgün olarmı? Nə isə adamı çox narahat edə bilər, onu incidə bilər, narazılıq dalğasında atıb-tuta bilər, amma bu o demək deyil ki, o dəqiqə bədii yaradıcıllığa baş vurmaq lazımdır. Bir şey düşünən insanı təlaşa sala bilər, bu normaldır, amma bu təkcə sənin özünə əhəmiyyətlidirsə, onda bunu meydana daşımağa nə ehtiyac var?
Özü də indi gənc yazarlar arasında bu dəb halına düşüb. İctimai reallıqlara qarşı şizohəssas yanaşaraq, gözlərini zor gücünə yaşardıb hönkürlü səs ilə reallığı ağ vərəqlərin qoynuna atırlar. Nə deyək. Bax beləcə növbəti məyusluqla yerli müəlliflərlə yanaşı dor ağacına addımla...

Comments
Post a Comment