2QAT zövq aldığım kliplər


Bu dəfə sizlərə uzun müddətdir ki. tez-tez izlədiyim və heç vaxt bezmədiyim musiqi klipləri haqqında söhbət açacam. Hərəsini bir səbəbə görə bəyənirəm və hər dəfə də, sanki yeni bir şey izləyirmiş kimi izləyirəm və dinləyirəm. Gəlin baxaq görək həmin səbəblər nələrdir. Düşündüm ki, daimi oxucular və yaxın dostlara da mənim zövqümlə tanış olmaq az-maz maraqlı gələ bilər. 😜😜😜

1. SAINT MOTEL - My Type 
Obrazlar bir-biriləri ilə baxışları vasitəsi ilə kommunikasiya qurur, tərzlərinin vasitəsi ilə özlərini ifadə edir və davranışları ilə nəyisə izah edirlər. Xüsusi zövq ilə hazırlanan klip mənim son dövrlər tez-tez izlədiklərim arasındadır. Şən və dinamik musiqi də öz növbəsində əvəzsizdir. "My Type" gözlər, qulaqlar və ağciyərlər üçün əsl bayramdır. 😉😉

2. Tame Impala - Let It Happen
Bəlkə də bu möhtəşəm klipi 100 dəfə izləmişəm. Bilmirəm. Saymamışam, amma onu deyə bilərəm, həm aktyor - Maykl İnstone (Michael Instone), həm musiqi, həm də süjet bir-biri ilə ideal harmoniyadadır. Son dövrlər hansısa musiqi klipinə belə bağlılıq məndə yaranmamışdı. Ümumiyyətlə,  Avstraliya qrupu olan"Tame Impala" öz qeyri-adi klipləri ilə fərqlənirlər. Digər kliplərində də belə fəlsəfi, art-haus janrında işlərlə qarşılaşırıq, amma mənə görə, təbii ki, "Let it happen" şedevrdir! 😎😎😎
3. Gorillaz - Stylo
Ümumiyyətlə "Gorillaz"ın klipləri əsl macəra və sərgüzəşt formatında olur və izləyicini öz sehrli hekayəsinə qərq edə bilir. Bu dəfə isə təsəvvür edin ki, həm klip izləyirsiniz, həm musiqidən zövq alırsınız, həm də çox sevimli aktyorunuzun möhtəşəmliyinə bir daha əmin olursunuz. Klipin dadı-duzu, xarizması məhz həmin aktyordur. Kim olduğunu öyrənmək üçün klipi izləyə bilərsiniz. ↓↓


4. British India - I Can Make You Love Me
Sevgilisi ilə ayrılan qəhrəmanımız insanlıq libasını itirib. Bədəni insan bədəni, amma başı öküz başı kimi əsl Minatavrı xatırladır. Bəlkə də onun bu kökə düşməyinin səbəbi yarına qarşı laqeydliyi və səhvləri olub. "I Can Make You Love Me" sevgi iztirabından bəhs edən maraqlı klipdir. Bircə bilinən odur ki, yalnızlıq insanı öz-özünə yadlaşdırır...💔💔💔


5. Avicii - Levels
Avicii-nin də klipləri həmişə fəlsəfi və müəyyən emosiyaoyadıcı xarakterə sahib olur. "Səviyyələr" (Levels) müasir iş həyatına qarşı üsyanı simvolizə edir. Qəddar "səviyyə"ləri qət etmək üçün yarışdan bezən eynəkli homoseksual gənc əməkdaş, öz rəqsi vasitəsi ilə hər şeyə etiraz edir və bir növ sistemdən canını qurtarmaq üçün özünü "sondürür". 📉📉📉
6. Stromae - Papaoutai
"Papaoutai"-ı da əsl sənət əsəri hesab etmək olar. Söhbət "taxtalaşmış" atası ilə dil tapmağa çalın uşaqdan və onun cəhdlərindən gedir. Möhtəşəm rəqslər və fransız "ətri" bizi məst edir. İndiki halda, ata ilə övlad arasında universal dil rolunu musiqi və rəqs icra etdi. ☄☄☄
7. Imagine Dragons - I Bet My Life
"Imagine Dragons" musiqisini bir o qədər də sevməsəm də, "I bet my life" öz maraqlı klipi ilə diqqətimi çəkmişdi. Çay kənarıda bir-biri ilə dalaşan iki uşaqdan biri elə çayın dərinliklərinə, eyni zamanda da öz xəyali dünyasına səyahətə çıxır...

8. David Guetta - Lovers On The Sun (Official Video) ft Sam Martin
Bu klip həm sevgi münasibətləri, həm xeyirlə şərin mübarizəsi, həm də Vestern janrının kəsişməsindən ibarətdir. Böyük ustad Devid Qettanın möhtəşəm ritmik əl işinin sədaları altında biz canlı əfsanə aktyor Rey Layottanın (Ray Liotta) ifasında maraqlı "Vəhşi Qərb" üslubunda olan kiçik bir film izləyirik. 😎😎😎

9. Bastille - Of The Night
Çətin ki, bu klip kimi maraqlı və fərqli üsluba malik ikinci bir klip adı çəkək. Həm musiqi, həm də klip gecənin dəhşətini və qorxusunu izləyiciyə ötürməkdə əsl inqilabi nailiyyətlər əld edib. Çox maraqlı formatlı klipi hər dəfə yeni bir şey kimi izləyirəm. Gecənin həqiqi ritmini hələ də tanımırsınızsa, gözləməyə dəyməz. 😵😵😵

10. Alexander - A Million Years
Aleksandr Eberti əsas "Həqiqət" (Truth) mahnısına görə bəyənirəm və dinləyirəm, amma "Milyon illər" klipi təbiətlə qurulan maraqlı analogiyalar və sadə, lakin kəskin vizuallığına görə sevimlilərim arasındadır. 😇😇😇

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi