D.H. Lourens - Ledi Çatterlinin məşuqu

ENG: D.H. Lawrence - Lady Chatterley's Lover 
RUS: Дэвид Лоуренс - Любовник леди Чаттерлей

Ledi Çatterlinin əri müharibədə aldığı yara səbəbi ilə impotent birisinə çevrilir. Hər şey də bu hadisənin doğurduğu fəlsəfi sualların məişət reallığına inteqrasiyasının nəticəsində formalaşır. İndi Ledi Çatterli seksual münasibətlərin yoxluğu ilə barışıb öz evliliyində xoşbəxt ola bilərmi? Yoxsa o, gərək başqa insanların, kişilərin vasitəsi ilə bu xoşbəxtliyə nail olsun? Bədbəxt bir qadının sağa-sola dreyf etməsi ilə əlaqədar olan bu əsərdə çox maraqlı paradoks da yaranır: Ledi Çatterli öz əri ilə səmimi dostluq və intellektual bağlara malik idi, amma qarşısına çıxan digər kişilərdə bu iki əsas ruhi keyfiyyəti tapa bilmir. Maraqlıdır ki, belə olan halda Ledi Çatterlini hansı macəralar gözləyir...

Bu əsəri oxumağa mənə aid olunduğu kateqoriya stimullaşdırdı. 18+ kimi dəyərləndirilən roman, vaxtilən qadağan olunub, pislənib və şərlənib. Belə ajiotaj yaradan kitablar, "qadağan olunmuş meyə" həmişə bizlərə maraqlı gəlir, elə deyilmi? Şəxsən mən də elə bu səbəbə görə kitaba maraq salmışdım. Əslinə qalsa, roman haqqında birmənalı fikir söyləmək çox çətindir. Hər şey yanaşmadan, mövcud vəziyyətdən və fəlsəfi baxışdan asıldır. Kitab haqqında dəqiq nə isə deyən isanları ciddi hesab etmirəm. Özüm də fikir söyləməkdə çətinlik çəkirəm, amma qısaca olaraq təəssüratlarımı sözlərlə ifadə edəndə belə bir şey alınır: süjet və hadisələr matrisi çox kasıbdır. Statika adamı yorur. Obrazlar, xüsusilə müəyyən məqama qədərki Ledi Çatterlinin qabağına çıxan kişilər bir-birinə çox oxşayır. Yazıçı açıq-aşkar cəmiyyətin xüsusi tip insanlarını Ledi Çatterlinin məşuqları formasında tənqid edir. Bu bir bədii üslub və dəstxətt kimi çox yaxşıdır, amma axıcı deyil. Razılaşarsınız ki, oxucu müəyyən enerji, sövqetmənin axtarışındadır. "Ledi Çatterlinin məşuqu" əsəri isə bunu təmin etməkdə bir o qədər də uğurlu deyil. Bundan əlavə, intim-seksual terminlər, vulqar sözlər və bəzi səhnələr tabuları olan insanlar üçün - mənim üçün yox - itələyici xarakterə sahib ola bilər. Təbii ki, yazıçının müəyyən problematikası var: o, bədənlə qəlbin balanslı formada vaxtaşırı orqazm yaşamalı olduğunu və bunun vasitəsi ilə həyatın mənasının axtrıb tapılmalı olduğunu müdafiə edir. Xüsusilə bəyəndiyim məqamlar arasına İngiltərənin sosial siniflərinin təsviri, qadın-kişi münasibətlərinə çoxyönül müzakirə xarakterindən çıxış edən dialoqların olması oldu, lakin həqiqi mənada qadın-kişi münasibətlərinin ülviliyi, sevgi, məhəbbət və eşqin insan ruhunu necə təmizlədiyi haqqında oxumaq istəyirsinizsə, "Ledi Çatterlinin məşuqu" birmənalı olaraq bu istiqamətdə yazılmış kitab deyil. 

Müəyyən yerlərdə hiss edirdim ki, yazıçı universal bədii ədəbiyyat klişelərinə meyl edib. Bu hər zaman belə olur onsuz da. Oxucuya təsir etmək üçün kəskin kontrast həmişə işləyən mexanizm olur. "Ledi Çatterlinin məşuqu"nda da bu belədir. Əsərin ikinci yarısında baş verən hadisələr bir-birinə çox fərqli insaların eyni bir nöqtədə necə kəsişdiyini və eyniləşdiyini müşahidə edirik. İndiki halda bu qarşılıqlı cinsi orqazmın vasitəsi ilə olsa da, etiraf edim ki, bu öz-özlyündə heç də əhəmiyyətsiz bir şey deyil. Odur ki, əslində yazıçı yaxşı məsələyə toxunur, amma digər tərəfdən də obrazlar, süjet və üslubda cılızlıq var. Mən yaxşı başa düşürdüm ki, romanla heç cürə kommunikasiya qura bilmirəm. Əlaqənin alınmaması mənə mütaliəni daha da darıxdırıcı edirdi və yekunda da əsərə aşağı qiymət vermək reallığını qaçılmaz etdi. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi