Antonio Meneqetti - Üçüncü minilliyin qadını

RUS: Антонио Менегетти - Женщина третьего тысячелетия

"Üçüncü minilliyin qadını" italyan psixoloq, filosof, rəssam və Romada ontopsixoloji məktəbin qurucusu olan Antonio Meneqettinin özünəməxsus kitablarındandır. Başlıqdan da bəlli olduğu kimi, kitab qadın psixologiyasına müasir yanaşmaları özündə ehtiva edən mövzular çərçivəsində yazılıb. Qadının müasir cəmiyyətdəki kimliyi, ətraf-aləmlə qarşılıqlı münasibətləri və öz potensialını dəyərləndirməsinə olan düzgün və fərqli istiqamətləndirmələr səbəbi ilə kitabı faydalı hesab etmək olar.  


Antonio Meneqetti uşaqlıq illərindən etibarən uzun müddət kilsə elmləri sahəsi üzrə təhsil alıb. Yüksəksəviyyəli fəlsəfə və ilahiyyətşünaslıq sahəsində yüksək biliklərə yiyələnib. 60-cı illərdən etibarən isə Antonionu eqzistensialist mövzular və insanın təbiəti ilə əlaqədar məsələlər maraqlandırmağa başlayır. O, da buna uyğun olaraq araşdırmalar icra edir və suallara dərindən cavablar axtarmğa çalışır. İnsan ruhuna sadəcə akademik-tibbi yöndən yanaşan mütəxəssislərdən fərqli olaraq, Antonio məsələyə daha geniş yanaşması ilə fərqlənir. Müəllifin beynəlxalq müstəvidə tanınan və qəbul olunan bir çox elmi işi var. 

Düşünürəm ki, "Üçüncü minilliyin qadını" kitabını oxuyan bir kişi ilə qadın arasında alınan təəssüratlar baxımından çox fərq var. Müasir kişilər qadınlar haqqında sahib olduqları fəlsəfi fikirlərini əgər Şopenhauerin və Oşonun qadınlar haqqındakı yanaşmalar əsasında formalaşdırıblarsa, onda bu kitabın böyük hissəsi ilə razılaşacaqlar. Qadınların özləri isə kitaba qarşı kifayət qədər emosional burulğanlı reaksiyalar sərgiləyirlər. Müxtəlif kitab forumlarında və sosial şəbəkələrində apardığım kiçik araşdırmanın nəticəsinə əsasən deyə bilərəm ki, qadınlar kitabdakı fikirlərin çoxusu ilə razılaşmır və əgər qadında liderliyin inkişafı ilə maraqlanırsızısa, onda daha başqa, sınanmış və obyektiv müəlliflərə müraciət etməyi məqsədəuyğun hesab edirlər. Haşiyə açım deyim ki, bəli, kitab əsasən qadındakı liderlik xüsusiyyətlərininin oyadılmasına istiqamətlənmiş ontopsixoloji məqamları özündə cəmləyib. Buna baxmayaraq, kitabda kişilərin dominant olduğu cəmiyyətlərdə əziyyət çəkən qadınların ruhi-psixoloji vəziyyəti yaxşı təsvir olunub. Qadınlar nə qədər iddia etsələr də ki, bəs onlara necə yaşamaqları ilə əlaqədar heç nə öyrədilməməlidir, açığı deyim, bu məqamla razılaşmıram. Səbəb də ondan ibarətdir ki, patriarx cəmiyyətlər qadınları özlərindən uzaqlaşdırıb və onlarda bir çox sosial rolların formalaşmasının qarşısını alıb. Bunun fərqinə varmaq üçün isə, çox ciddi suallar və fikirlərin əsasında düşünmək lazım gələcək. Sadəcə olaraq, kitabın əsas mənfi cəhəti kimi onun bir qədər merkantilliyə yönəlməsini göstərmək olar. Müəyyən mənada həqiqətən də dar yanaşma var. Başqa sözlə, lider qadın deyəndə müəllif əsasən biznesdə və ya məmurluqda yüksək vəzifə uğrunda yarışan qadınlara xitab edir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi