Мёртвые души - Николай Васильевич Гоголь Dead Souls - Gogol Başda rus ədəbiyyatı olmaqla, bütün dünyada öz inanılmaz dərəcədə möhtəşəmliyi ilə seçilən "Ölü canlar", ilk dəfə 1842-ci ilin may ayında çap olunub. Belə şedevrin dünyaya gəlməsində Qoqolun verdiyi məlumata görə Puşkinin rolu çox böyük olub. Bu elə bir əsərdir ki, içinə bütün Rusiya və onun izi ilə gedən cəmiyyətləri sığışdırıb və həqiqi mahiyyətini ifşa edib. Qoqolun "Ölü canlar" əsəri bizə 19-cu əsrin sonlarında, 20-ci əsrin isə əvvəllərində mövcud olan Rusiyaya baxmaq üçün əvəzsiz imkan əldə edirik. Sözsüz ki, həmin dövrün reallıqlarını, insanların dramını və bir cəmiyyət kimi problemləri oxumaq təəssüfvericidir, lakin ondan da qat-qat təəssüfverici odur ki, bəzi torpaqların üstünü alan qara buludlar və üstündə gəzən qara adamlar həmin torpaqları yüz illərlə elə lənətləyirlər ki, vaxt-zaman irəliləsə də, heç nə dəyişmir ki dəyişmir. Bu cürə klassik ədəbiyyat nümunəsi oxumamaq bədii ədəbiyyata...