Malkolm Qladuel - Kənardakılar: uğurun tarixçəsi
ENG: Malcolm Gladwell - Outliers: The Story of SuccessRU: Малкольм Гладуэлл - Гении и аутсайдеры: Почему одним все, а другим ничего?

Mən əlsində bu kitabı bakalavr təhsili illərinin ilk vaxtlarında bir dəfə oxumuşdum. Günü bu günədək də öyrəndiklərim yadımda idi. Sadəcə bir daha təkrarlamaq və bəzi mühüm şeyləri xatırlamaq məqsədi ilə ikinci dəfə kitabı oxumağım bir qədər şəxsi motivlərdən dəstəyini alır. Belə ki, son vaxtlar iş həyatından bir qədər kənarda qalmağım və insanları kənardan müşahidə etməyim məni bir çox məsələlər çərçivəsində düşündürür. Mən niyə görə bəzi insanların iş həyatında çox yaxşı qələbələr qazandığını, bəzilərinin sadəcə bir yerdə qaldığını, bəzilərinin isə bütün cəhtlərinə rəğmən heç bir şeyə nail ola bilmədiyini görürəm. Yadımda düşdü ki, bəs "Kənardakılar"ın mövzusu da elə bu idi, niyə görə kimlərinsə uğur qazandığını, kimlərin isə qazanmadığını izah edirdi. Özü də Malkolm Qladuel kimi möhtəşəm birisi. Odur ki, oturdum bir daha oxudum kitabı və bu dəfə tam başqa təəssürat və nəticələrlə kitabdan ayrıldım. Fundamental ideyaları xatırlasam da, bəzi məqamları tamam unutmuşdum. Faydalılıq baxımından yenə də maksimal dərəcədə faydalanmağa çalışdım.
Razılaşarsınız ki, bir yerimiz ağrıyanda həkimə getmək istəyirik, amma yaxşısını axtarırıq, övladlarımızı müəllim yanına qoyanda yaxşısını axtarırıq, halbuki dünyada da, ölkəmizdə də həkimlərin və müəllimlərin sayı heç də az deyil. Elə bu dəm10.000 saat ideyası kitabın ən əsas ideyası kimi gəlib durur qarşımızda. Malkolm Qladuel başqa analoji alimlərin fikirlərini də nəzərə alıb bir işdə profesionallaşmağı həmin işə 10.000 saat sərf etməkdə görüb. Başqa sözlər, əgər insan sözün həqiqi mənasında nədəsə çox yaxşı uğurlar əldə etmək istəyirsə, gərək həmin işə 10.000 saat vaxt sərf etsin. Hətta, mən bir da irəli gedib bunu ilkin mərhələ adlandırardım.

Olduqca rasional, sistemli və yaxşı təşkil edilmiş kontent ilə "Kənardakılar" kitabı dünya görüşünü artırmaq istəyən və uğur qazanmaq fenomeni ilə əlaqədar bir çox suallara cavab tapmaq arzusunda olan dost-tanışlara birmənalı olaraq məsləhət görüləsi kitabların arasında birincidir. Malkolm Qladuelin özünəməxsus dəst-xətti var. O, məlumatları, faktları və rəqəmləri onların mahiyyəti gərəyi darıxdırıcı formatda deyil, tam əksinə, çox rəngarəg və maraqlı, bəzən də əyləncəli fonun müşayəti ilə bizlərlə bölüşür.
Comments
Post a Comment