Gəlin qulaq asaq böyük nağıl ustası Səməd Behrənginin səsinə. Baxaq görək, bu nağılda Kiçik Qara Balıq anasına nə deyir: “…Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!..”
Bu əsəri mən hələ orta məktəb illərində oxumuşdum. Uşaq zehnim üçün fərqli düşüncə aşılayan əsər uzun müddət yadımdan çıxmamış, mənə müəyyən inqilabi düşüncə üfüqlərini tanıtdırmışdı. Asi olmaq, razılaşmamaq, üsyankarlıq, öz bildiyini etmək kimi məsələlərlə əlaqədar içimdəki rezonansa səs verən "Balaca qara balıq", bir tərəfdən həyata atılmağın, qorxuların, yetkinlərin həyatını, digər tərəfdən də fərdləri cəngində əsir edən sistemlərə qarşı yazılmış rəngli bir yumşaq satiradır. Belə nağılların əsasən yetkin, böyük insanlara ünvanlandığını, özündə çoxlu sətiraltı mənaları barındırdığını başa düşmək üçün sadəcə bir neçə il lazım oldu. Bu gün bu gözəl nağıla yenidən müraciət etdim və onda olan doğmalıq hissini yenidən hiss etdim.
Yeksənəkliyə qarşı atılmış istənilən addım fərdin özünüdərkində yeni mərhələnin təməlini qoyur. Balaca qara balıq sadəcə müəyyən yerdə, məkanda, zamanda və müəyyən konkret balıqlarla gəzişməyin ona kifayət edə bilməyəcəyini dərk edir. Əgər bu məqam nağılın fəlsəfi-spiritual kontekstini əmələ gətirirsə, o həm də alleqorik nağıl kimi, cəmiyyətin tənqidi olub, bu yeksənəkliyin, qapalı sistemin hansısa üçüncü tərəfin iradəsinin nəticəsi olduğu haqqında da dolayı ismarıclar ötürür. Düşünməyimizi istəməyən, bizi qorxudan və mənasız süni maneələr yaradan qüvvələr qurduğumuz insan cəmiyyətinin ideal metaforudur. Bütün mənfi enerji şığımalarına rəğmən balaca qara balığını dərəyə, dənizə doğru birmənalı irəliləyişi azadlığıa çağırışın ən özünəməxsus formalarından hesab edilməlidir. Çox böyük ironiyadır ki, özümüzü dərk etmək istəyərkən yola çıxmalı olduğumuzu cığırda bunu etməməyimiz üçün bizimlə mübarizə aparan bu qədər yad iradə ilə rastlaşırıq.
Conatan Livinqston adlı qağayı ilə çox oxşar olan Balaca qara balıq, xəyalların izindən getməyi, özünəgüvəni, təmiz şüuru, parlaq zəkalılığı təbliğ edir. Fərqli fərdlər həmişə qoxudulurlar ki, mənəvi cəhətdən yoxsul insanlar öz varlıqlarına təsəlli tapsınlar.
"Balaca qara balıq"ı həm də "Balaca Şahzadə" əsəri ilə müqayisə etmək mümkündür. Əminəm ki, müqayisəli ədəbiyyat prinsipləri ilə yanaşsaq, çox maraqlı analogiyalar və mətnaltı mənalar üzə çıxa bilər. Bundan əlavə, Səməd Behrəngini İranda Azərbaycanlı satirik, tənqidi yazıçısı hesab etməliyik. Təkcə "Balaca qara balıq" kimi əsərindən onun bərabərhüquqluluq, azadlıq kimi mövzulardan car çəkdiyini başa düşürük. Səməd Behrənginin 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulmağı da sadəcə təsadüf deyil, elə balaca qara balığını aqibəti kimi bir aqibət olub, hansısa mənfur iradənin, əclaf qüvvənin tamahına məruz qalıb.
Hər kəsin arzusu nə vaxtsa, bir az tez, bir az gec, amma mütləq dünyaya gəlir və hamıya arzu edirəm ki, arzularına qovuşsunlar, çünki həyatımızı mənalı edən və dəyər qılan ən əsas şey, mənəviyyatımızın dərinliklərindən süzülüb gələn missiyamızın düzgün reallaşdırılmasıdır.
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
RUS: Александр Пушкин - Капитанская дочка Dünyagörüşü normal səviyyədə olan hər bir insana Aleksandr Serqeyiviç Puşkinin kimliyi və yaradıcıllığı hələ orta məktəb illərindən bəlli olmalıdır. Hər bir insan onun dəst-xəttində ona yaxın olan şeyləri görməyi bacarır: kimlərsə macəra, kimlərsə estetik dil bacarıqlarını, kimlərsə də sadə və səmimi bədii ədəbiyyat parçası görür. Hər bir halda Puşkinin oxucuları mənən elə zənginləşirlər ki, bir daha əvvəlki insan olmurlar. Bu onun bir şair və yaradıcı insan kimi böyüklüyünü və təkrarsızlığını sübut edir.
Comments
Post a Comment