H.Murakami - Sahildə Kafka (seçilmiş hissələr)


  • Hegel "özünüdərk" anlayışını formalaşdırıb. İdeya belədir: insan "mən" və "obyekt" anlayışlarını sadəcə ayrı-ayrılıqda dərk etmir, eyni zamanda "mən" anlayışını vasitəçi qismində olan "obyekt"-in üzərinə proeksiyalayaraq "mən"-i daha yaxşı dərk edə bilər. Özünüdərk budur.
  • Bəzən tale tez-tez istiqamətini dəyişən qum fırtınasına bənzəyir. Ondan canını qurtarmaq istəyirsən, amma o həmin an arxanda peydə olur. Sən başqa istiqamətə getmək istəyirən, o da səninlə birlikdə gedir. Bax beləcə davam edir, sanki, ölüm allahı ilə qəddarcasına rəqs edirsən. Əslində isə qum fırtınası uzaqlardan uçub gəlməyib. O sənin özünsən. Sənin daxilində əyləşən nə isə bir şeydi. Hər şeyə tüpürüb, gözləri yumub, qulaqları tıxamaq kifayət edir ki, fırtınanın içindən keçib gedəsən. Nə günəş var, nə ay, nə də hər hansısa istiqamət. Yalnızca səmanın yüksəkliyində sümüyünü əzən ağ qum dənəcikləri hərlənir. Belə fırtınanı təsəvvür et.

  • - Nakata bir şey soruşmaq istəyirdi.
 - Buyur. 
- Heçlik artır? Sual Hasinanı düşüncələrə daldırdı. Daha sonra isə cavab verdi: 
- Çətin sualdı. Artır? Heçliyə qovuşmaq sıfır olmaq deməkdir. Sıfırın üstünə nə qədər sıfır gəlirsənsə gəl yenə də sıfıra bərabər olur.  
- Nakata başa düşmür. 
- Heç mən özüm də tam başa düşmürəm. Fikirləşməyə başladınsa başın xarab ola bilər. 
- Elə isə gəlin daha fikirləşməyək. 

  • Yeriyə-yeriə Saeki-san haqqında düşünürdüm. Onun zərif və səssiz gülüşünü, sifətini, əllərinin hərarətini xatırlayırdım. Təsəvvür etməyə çalışırdım ki, o, mənim anam, 4 yaşı təzə-təzə tamam olan uşağı necə atıb gedə bilmişdi. “Yox! – mən başımı yellədim. – Bu qanunaziddir, mümkün deyil.”. Görəsən hansı səbəbdən Saeki-san belə edib? Axı niyə həyatımı məhv edib mənə belə dözülməz ağrılar yaşadıb? Bunun üçün gərək mənə naməlum olan, lakin olduqca vacib səbəblər olmalıdır...
  • Siz onunla çox fərqlisiniz. O, nələr yaşayıb nələr. Sənin bilmədiyin bir çox şeyi bilir, sənin heç vaxt keçirmədiyin hissləri hiss edə bilir. Həyatda nəyin vacib, nəyin vacib olmadığını ayırd edə bilir. O, nəticəsinin nə olacağı haqda bir çox vacib qərarlar qəbul edib. Sən öz kiçik dünyandan başqa heç nəyi görməyən və bilməyən balaca oğlan uşağısan. Sən güclü olmaq üçün çox çalışmısan və xoşbəxtlikdən buna nail olmusan. Etiraf edirəm. Buna baxmayaraq bu yeni dünya, yeni şərtlər səni çıxılmaz vəziyyətə qoyur, çünki bütün bunlar sənin üçün birinci dəfədir. 


  • Gözlərimi yumdum. Yay. Dəniz qırağı. Şezlonqda uzanaraq altımdakı kobud səthi bütün dərimlə hiss edirdim. Sahilin qoxusunu bütünlüklə sinəmə doldururam. Koredici işıqdan yumulmuş göz qapaqları belə qorumur. Dalğaların səsi vaxtın membranından keçərək gah yaxınlaşır, gah da uzaqlaşırdı. Kimsə kənarda dayanıb şəklimi çəkirdi. Yanımda solğun-mavi rəngli və qısa qollu paltar geyinmiş qız oturub mənə baxır. Başında ağ lentli panama var; qız əlləri ilə qumu qarışdırır. Düz saçları, uzun və güclü barmaqları var. Pianoçu barmaqları günəş şüaları altında çini qab kimi parıldayır. Düz dodaqlarının kənarlarında gülüş görünür. Mən qızı, qız da məni sevir.
  •  Ağırlıqla dolmuş zaman üzərinə qarışıq yuxu kimi çökür. Sən isə gedirsən və gedirsən, sanki, onun içindən keçirsən. Dünyanın sonunda belə zamandan gizlənə bilməzsən. 
  • Hər bir kəs ona dəyərli olan nəyi isə itirir: geriyə qaytara bilmədiyimiz fürsətləri, imkanları, hisləri. Məhz bu məqam həyatda olmağın ən əsas hissəsidir. 
  • Xatirələr bizi daxildən isitsə də, eyni zamanda bizi hissələrə bölürlər. 
  • Gözləri yummaq heç nəyi dəyişməyəcək. Heç nəyi görmürsənsə bu o demək deyil ki hər şey qeyb olacaq. Fakt odur ki, növbəti dəfə gözünü açdıqda hər şey daha da pis olacaq. Bax belə bir dünyada yaşayırıq. Gözlərini geniş aç. Ancaq qorxaqlar gözlərini yumur. 
  • Kənardakı şeylər və hadisələr daxilimizdəki, daxilimizdəkilər də xaricimizdəkilərin proeksiyasıdır. Xarici dünyadakı labirintdə ayaq basanda eyni zamanda daxilindəki labirintə də ayaq basırsan. 
  • Bax beləcə hekayələr yaranır, döngü nöqtələri yaxud da gözlənilməz zərbələrlə. Xoşbəxtliyin sadəcə bir növü var, amma bədbəxtlik müxtəlif yollarla və müxtəlif formalarla gəlib insanı tapır. Tolstoy demişdi ki, xoşbəxtlik alleqoriyadır, bədbəxtlik isə hekayə. 
  • Səhvlərini qəbul etməyə cəsarətinin olduğu ana qədər ətrafını dəyişdirə bilərsən. 
  • Hər dəfə televiziyada xəbərlər vaxtı daşqınlar görəndə öz-özünə deyirsən: bax budur! Budur mənim qəlbim.                                  
  • Dünya, zaman, ideyalar, sevgi, həyat, inam, əqidə, şeytan daima hərəkətdə olan maye kimidir. Onlar sadəcə bir formada və konkret yerdə olmurlar. Bütün kainat böyük bir FedEx bağlamasına bənzəyir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi