Deniel Kiz - Elcernon üçün çiçəklər

Son aylar topladığım biliklər birləşərək məni aydınlığın və dərketmənin zirvəsinə qaldırdı.

Yatdığı müddətdə kim olduğunu başa düşməyə çalışan ömrünün yarısı yatmış şəxsə bənzəyirəm.Əməliyyat uğurla yekunlaşır. Bunu biz getdikcə orfoqrafiya və durğu işarələri səhvlərinin azalması və stilistikanın mürəkkəbləşməsində rahatlıqla görürük. Əməliyyatdan sonra Çarlinin İQ səviyyəsi 68-dən 200-ə qalxır. Ətrafında dost hesab etdiyi insanların ona qarşı olan real münasibətini dərk etməyə başlayır. Ətrafının gerçək üzünü görəndən sonra Çarli başa düşür ki, eyni taleni paylaşdığı siçan Elcernon onun yeganə dostudur. İlk öncə Çarlinin Elcernondan xoşu gəlmirdi. çünki Elcernon labirint yarışlarında həmişə Çarlini geridə qoyurdu, lakin Çarli qələbə qazanmağa başlayandan sonra ona qarşı münasibəti dəyişməyə başladı.
Mən inkişafın yeni mərhələsinə qədəm qoydum, lakin məni əhatə edən dünyaya bəslədiyim ilk hislər qəzəb və şübhə oldu.Qısa müddət ərzində bir neçə dil öyrənən və texniki ədəbiyyatı asanlıqla oxuyan Çarli, əqli cəhətdən problemli insanlar üçün nəzərdə tutulan məktəbin müəlliməsi Alisa Kinnianla romantik münasibətlər yaşamağa başlayır. Alisia Kinnian ilk öncə Çarlinin nailiyyətlərinə sevinsə də, getdikcə onu başa düşməməyə başlayır və nəticədə ondan uzaqlaşır.
Şüur mənimlə, tanıdığım və sevdiklərim arasında məsafə yaratdı. Hələ heç vaxt özümü belə tənha hiss etməmişdim.

Mən hər gün özüm haqda nə isə yeni bir şey öyrənirəm. Kiçik dalğa ilə başlayan tərbiyə on ballıq fırtına ilə yekunlaşır.Bütün bunlara baxmayaraq roman optimistik tərzdə bitir. Biz görürük ki, Çarli heç nədən sarı peşmançılıq və məyusluq hiss etməməyə çalışır və buna müvəffəq olur. Onun azalan intellekt səviyyəsi emosional iztirablarını da azaldır. Sonda yazdığı qeyd də xüsusi ilə iti emosionallığa malikdir: Əgər imknınız olarsa, zəhmət olmasa arxa hayatda olan Elcernonun üçün bir az çiçəklər qoyun". Ağıllı Çarli tam "getməmiş" hər həftə Elcernonun qəbrinə çiçək aparırdı.
Bizdə heç bir şey izsiz itmir. Əməliyyat Çarlini incə mədəniyyət və təhsil örtüyü ilə örtsə də, Çarli orada idi. O, baxır və gözləyirdi.Bu möhtəşəm süjet xətti sadəcə öz maraqlılığı ilə deyil, eyni zamanda dərin mənalılığı ilə fərqlənir. Oxucuya, cəmiyyətə, bütün bəşəriyyətə ötürülən ismarıclar olduqca iti və vacibdir. Belə kitabları oxuduqdan sonra insan atmosferinə, süjetinə,üslubuna, formatına uyğun başqa kitablar da axtarıb oxumaq istəyir.
Əgər sən ağıllısansa, sənin dostların olar və sən onlarla söhbət edərsən. Beləliklə də sən heç vaxt yalnız olmaycaqsan.

Məni düzgün başa düşün: Dərrakə bəşəriyyətin ən böyük nailiyyətidir! Amma yenə də biliklərin ardınca qaçmaq çox zaman sevginin axtarışını əvəz edir. Bu fikrə bu yaxınlarda gəlmişəm. Belə bir fərziyyə təklif edirəm: Dərrakəyə malik, ancaq sevmək və sevilməkdən məhrum olan insan intellektual və mənəvi fəlakətə və ya bəlkə də, ağır psixi xəstəliyə məhkumdur. Bundan başqa, iddia edirəm ki, özünə qapanmış beyin ətrafdakılara əzab və işgəncədən başqa heç nə verə bilməz.Roman da öz növbəsində həmin tip insanların dünyasına quşbaxışı etmək üçün gözəl imkan hesab oluna bilər. Belə ki, bizlərdən bəziləri əqli cəhətdən zəif inkişaf etmiş insanlarla yaxındır, bəziləri isə heç vaxt onlarla yaxın ünsiyyətdə olmayıb. Bu baxımdan köhnə Çarli ilə yeni Çarlinin dilindən onların dünyası ilə tanış olmaq, müqayisələr etmək və öyrənmək maraqlıdır. Yazıçı məhz bu iki Çarlini bizə göstərərək aşağıdakı suallara cavab axtarmağa çalışır: biz təbiətin işinə qarışmalıyıqmı? Əqli cəhətdən zəif olan insanı dahi edərək insan olmağın mahiyyətini dəyişdirmək düzgündürmü? İnsanı dəyişdirməyin nəticələri necə ola bilər? və s.
İnsan başqa insanla necə davranmalı olduğunu hardan bilir? Kişi qadınla necə rəftar etməyi hardan bilir? Kitablardan xeyir azdır. Gələn dəfə onu mütləq öpəcəm.Bir digər maraq cəlb edən məqama diqqət yetirməyə dəvət etmək istərdim: əlsində əqli cəhətdən zəif insanlarla dahilər bir-birinə çox bənzəyirlər. Yəqin ki, sosial mediada Albert Eynşteyn, Tomas Edisson, Mark Tven və başqa dahilər haqda yazılan maraqlı və qəribə faktları çox oxumusunuz. Bu əslində dahiliklə əqli zəifliyin, inkişafsızlığın arasında olan zərif sərhədin göstəricisidir. Normal insanlar cəmiyyətin süzgəcindən rahat keçdiklərinə görə diqqət cəlb etməzlər, lakin əqli problemli insanlar və dahilər diqqət mərkəzində olurlar.
Dünya və keçmiş uzaq və təhrif olunmuş kimi görünür, sanki zaman və məkan tanınmaz şəkildə dartılıb, dolaşıb, əyilmişdirÖtən əsrin 50-ci illərində yazılmasına baxmayaraq roman hələ də aktualdır və nə qədər ki elm əxlaq məsələlərini nəzərə alaraq addımını atmır, aktual olaraq da qalacaq. Bundan əlavə elm və texnikanın etik yönlərinə ünvanlanan yeni-yeni əsərlər meydana çıxır.
Yüksək IQ həyatda ən vacib şey deyil.

Comments
Post a Comment